Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Qalib Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilin hər ili möhtəşəmdir
Ümummilli Lider Heydər Əliyevin canından çox sevdiyi xalqına sonuncu müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” bildirməsi bugünkü tarixi gerçəkliyimizin aydın mənzərəsinin tərənnümü olub.2023-cü ilin 15 oktyabrı dövlətçilik tariximizdə olduqca böyük əhəmiyyət kəsb edən tarixi hadisənin – Azərbaycan xalqının İlham Əliyevə səs verməklə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan həyatın təmin edilməsinə dəstək verməsinin 20-ci ildönümüdür. Bu günün zirvəsindən dönüb ötən iki onilliyə nəzər saldıqda Azərbaycan Respublikasının necə bir yüksək inkişaf yolu keçməsinin şahidi oluruq. Ölkəmizin tarixində yeni inkişaf mərhələsi sayılan həmin dövrün müəllifi və memarı birmənalı olaraq Prezident İlham Əliyevdir. Azərbaycanımızın son iki onillikdə əldə etdiyi misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli və qüdrətli liderliyinin nəticəsidir. Bu mənada, qeyd etmək lazımdır ki, hazırda müstəqil Azərbaycanın tarixdə özünün ən qüdrətli dövrünü yaşaması məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.Prezident İlham Əliyev Azərbaycanın ən böyük və möhtəşəm Qələbəsinin Müzəffər Komandanıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin edilməsi son 20 ildə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursunun, tarixi missiyasının ən parlaq məqamı oldu. Tarix sübut etdi ki, Azərbaycan xalqı 2003-cü ildə taleyüklü məsələdə öz düzgün seçimini edib, tariximizin yeni mərhələsinin ən mühüm qərarını doğru qəbul etməyi bacarıb.Azərbaycan bu gün çox sürətli inkişaf dövrünü yaşayır və Ümummilli Liderin uğurlu və uzaqgörən daxili və xarici siyasəti davam etdirilir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edən çox böyük tədbirlər görülüb, nəhəng infrastruktur layihələri həyata keçirilib, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edilib.Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlardan ərazi bütövlüyü məsələsindəki birmənalı və qəti mövqeyi elə həmin vaxtlarda təsdiqlədi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. İlham Əliyev 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-cu ildən bəri sədrlik etməsi ilə Azərbaycan dövlətçilik tarixində böyük bir ilkə imza atıb. Bununla yanaşı, ölkəmizin son üç ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar onun yorulmaz fəaliyyətinin bariz nümunəsidir.Son 20 ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu məsələlərini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirilməsi nəticəsidir ki, Azərbaycan xalqı 30 ilə yaxın həsrətdən sonra tarixi ədaləti bərpa etdi. 2003-cü ildən bəri Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda güclü müdafiə sənayesinin qurulması, silahlı qüvvələrin hərbi hazırlıq potensialının artırılması ilə bağlı görülən işlər öz bəhrəsini verdi. Bütün bu görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldi.“Son günlərdə xalqımıza böyük qürur bəxş edən hadisələr, o cümlədən 2023-cü ilin 19-20 sentyabrında cəmi 24 saat ərzində lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonrakı hərbi-siyasi sahədəki uğurlar məhz Prezidentimiz İlham Əliyev siyasətinin Qələbəsidir. Antiterror tədbirləri nəticəsində əldə edilən nailiyyət Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümündə xüsusi əhəmiyyət kəsb edir. Çünki hələ 20 il öncə andiçmə mərasimində: “Azərbaycan torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir!”, – deyən İlham Əliyev, əslində öz fəaliyyətinin elə ilk günlərindən gərgin fəaliyyətə başlayıb və bu, 2020-ci il sentyabrın 27-də həlledici hərbi mərhələyə qədəm qoyaraq Ermənistanın təslim olması ilə yekunlaşıb”.Milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb.Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!
Ulu Öndərin layiqli davamçısı, Azərbaycan tarixini zəfərlə yazan, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev! 62 yaşınız tamam olmaq münasibətilə səmimi qəlbdən təbrik edirəm! Şərəfli və məsuliyyətli işinizdə sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
Seyid Çingiz Mahmudov
"Xezertv.info"-nun Baş direktoru
AJB-nin üzvü