AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Zöhrə Adgözəlovanın doğum günüdür.
Tarixi şəxsiyyət, Əbədiyaşar liderimiz, Ulu Öndərimiz Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 102-ci ildönümü əlaqədar silsilə tədbirlər keçirib
Nazim Eynallı: Müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunur
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: "Heydər Əliyev Fəlsəfəsi- Güclü Dövlət, Firavan Xalq".
İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Heydər Əliyev – Müasir Azərbaycan səhiyyəsinin memarı”
Mediland hospital kardiologiya şöbəsinin müdiri, İntervensiyon kardioloq Dr. Vüqar Zamanov: "Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsindəki irsi".
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini Rəşad Cəbrayılov: “QALİB XALQIN TARİX YAZAN LİDERİ”
Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında hər zaman lider amili xüsusi olaraq diqqəti cəlb edir. Lider yalnız tərəfdarlarını arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu mənada, liderlik həm də bir vəzifədir. Müasir dövlətçilik tariximizdə bu vəzifəni üzərinə götürən və onu layiqincə təmsil edən dövlət xadimi isə böyük şəxsiyyət və strateq cənab İlham Əliyevdir.
Ümummilli Lider 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü belə bildirirdi:
“O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ölkə başçısı cənab İlham Əliyev isə öz gücünü məhz Ulu Öndər Heydər Əliyevdən aldığını etiraf edir: “Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik”.
Cənab İlham Əliyev Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətə sədaqətini 20 ildir ki, öz fəaliyyətində göstərərək deyir:
“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Bütün bunları etmək üçün çox işlər görmək lazımdır... Ən başlıcası isə Azərbaycanda Heydər Əliyev siyasəti davam etdirilməlidir”.
Bütün bu deyilənləri əməli fəaliyyəti ilə Prezident İlham Əliyev son 20 ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Bu isə Azərbaycanın inkişafının təməlində dayanan əsas amildir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. 2020-ci ildə Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam olaraq təmin edilib.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin edilməsi son 20 ildə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursunun, tarixi missiyasının ən parlaq məqamı oldu. Tarix sübut etdi ki, Azərbaycan xalqı 2003-cü ildə taleyüklü məsələdə öz düzgün seçimini edib, tariximizin yeni mərhələsinin ən mühüm qərarını doğru qəbul etməyi bacarıb.
Azərbaycan bu gün çox sürətli inkişaf dövrünü yaşayır və Ümummilli Liderin uğurlu və uzaqgörən daxili və xarici siyasəti davam etdirilir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edən çox böyük tədbirlər görülüb, nəhəng infrastruktur layihələri həyata keçirilib, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edilib.
Son 20 ildə Azərbaycanda xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açıb və bunun nəticəsidir ki, hazırda Azərbaycan nəinki Cənubi Qafqaz regionu, bütün dünyada güclü, qüdrətli ölkə kimi bütün sahələrdə öz sözünü deyir.
Azərbaycan xalqı 30 ilə yaxın həsrətdən sonra tarixi ədaləti bərpa etdi. 2003-cü ildən bəri Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda güclü müdafiə sənayesinin qurulması, silahlı qüvvələrin hərbi hazırlıq potensialının artırılması ilə bağlı görülən işlər öz bəhrəsini verdi. Bütün bu görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldi.
Son illərdə xalqımıza böyük qürur bəxş edən hadisələr, o cümlədən 2023-cü ilin 19-20 sentyabrında cəmi 24 saat ərzində lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonrakı hərbi-siyasi sahədəki uğurlar məhz Prezidentimiz İlham Əliyev siyasətinin Qələbəsidir. Antiterror tədbirləri nəticəsində əldə edilən nailiyyət Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümündə xüsusi əhəmiyyət kəsb edir.
2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevə böyük etimad və dəstək göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Möhtərəm Prezident öz uğurlu fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının etimadını doğrultdu və təbii olaraq qarşısında duran taleyüklü məsələləri həll etdi, o, fəaliyyətə başlayarkən seçicilərinin qarşısında verdiyi hər bir vədi bu gün tam olaraq yerinə yetirib.
Əminliklə deyə bilirik ki, Azərbaycan xalq bundan sonra da təməli ulu öndər tərəfindən qoyulmuş siyasətə dəstək verərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx şəkildə birləşərək daha böyük Azərbaycan uğurunda qarşıya qoyulan hədəfə çataraq nailliyətlər qazanacaq.
Fürsətdən istifadə edərək Azərbaycan xalqını, başda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla qarşıda gələn “NOVRUZ” bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, süfrələriniz bol ruzi-bərəkətli, firavan günlər nəsibiniz olsun. Bahar bayramınız mübarək!
Hazırladı: Fərid Faiqoğlu
AJB-nin üzvü.