Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR.
“El-Plastik” MMC-nin rəhbəri Hacı Hülağa Abışov: "Əbədi qəhrəmanlıq salnaməsi. 27 sentyabr - Şəhidlərimizi ehtiramla yad edirik".
“Orbita MTK” yaşayış kompleksinin icraçı direktoru Amil Bağıyev: "27 sentyabr – qəhrəmanlıq səhifəsi. Şəhidləri qürurla yad edirik"
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova: “27 Sentyabr – Şəhidlərin Anım Günü: Milli həmrəyliyin təzahürü”
Laçın rayon 15 saylı tam orta məktəbin direktoru Yeganə Əlvəndova: "Şəhidlər – əbədi qürur mənbəyimiz"
Seyid Cəfər Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov: "Şəhidlər and yerimiz, qürur yerimizdir".
İş adamı Cəbrayıl Cəbrayılov: “27 sentyabr – tariximizə yazılan qəhrəmanlıq səhifəsi”
Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: "27 sentyabr şəhidlərimizin anım günüdür. Anım günü – milli həmrəyliyin təcəssümü"
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “27 sentyabr şəhidlərin anım günüdür. Şəhidlər qürurumuz, andımızdır”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Şəhidlərə ehtiram – müqəddəs borc”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov:” Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirov və onun ədəbi irsini davam etdirən qızı Dilşad Əmirova
Həssas əhali qrupları arasında məşğulluğun artırılması istiqamətində peşə kurslarının icrası yekunlaşdı
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMEVŞAİB) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həssas əhali qruplarının məşğulluğunun artırılması məqsədilə təşkil edilmiş peşə kurslarının icrasını müvəffəqiyyətlə başa vurdu. Layihə, 2024-cü ilin may ayının 1-dən oktyabr ayının 31-dək davam etmiş və müxtəlif peşələr üzrə ixtisaslı kadrlar yetişdirmək üçün nəzərdə tutulmuşdur.
Layihənin rəhbəri Mehdi Mehdiyev bildirmişdir ki, kurslar çərçivəsində “Rəqəmsal marketinq”, “İnteryer dizayn” və “Veb-saytların yaradılması” ixtisasları üzrə təlimlər təşkil edilmişdir. May ayında hazırlıq işləri və kurslara namizədlərin seçimi həyata keçirildikdən sonra, iyun-oktyabr ayları ərzində kurslar başlamışdır. İyul ayında “Rəqəmsal marketinq” üzrə kurslar yekunlaşmış, “İnteryer dizayn” və “Veb-saytların yaradılması” kursları isə oktyabr ayında sona çatmışdır.
Ümumilikdə, hər kursa həssas əhali qrupundan 10 nəfər cəlb olunması nəzərdə tutulsa da, faktiki olaraq “Rəqəmsal marketinq” kursunda 11 nəfər, “İnteryer dizayn” kursunda 10 nəfər və “Veb-saytların yaradılması” kursunda 12 nəfər iştirak etmişdir. Beləliklə, 33 nəfər kursları uğurla başa vuraraq sertifikatla təltif olunmuşdur.
Layihənin yekun mərasimlərindən biri olan “Veb-saytların yaradılması” kursunun buraxılış tədbirində iştirak edən valideynlərdən biri, qazi Bəhram Şeydayev, AzQMEVŞAİB-ə və QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edərək, belə təşəbbüslərin cəmiyyətə və iştirakçılara verdiyi dəyəri vurğulamışdır.
Təlimlərin davamlı olmasının vacibliyi və gələcəkdə belə layihələrin həyata keçirilməsi üçün marağın olduğu qeyd edilmişdir. Tədbir, iştirakçıların xatirə şəkili ilə yekunlaşmışdır.