“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
"Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “Elm və mərhəmətin vəhdəti-Zərifə Əliyeva zirvəsi”.
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva: “Elmdən doğan işıq-Gözlərə nur verən alim oftalmoloq Zərifə Əliyevanın ömür yolu”
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov: Nurla yazılan ömür: Zərifə Əliyeva – elmin zirvəsi, insanlığın örnəyi
“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı
“Bakcell” şirkətinin dəstəyi ilə qadınların İKT üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təqaüd proqramı davam edir. Proqram çərçivəsində iki ay müddətində baş tutacaq ixtisas təlimlərinə start verilib.
“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı “Women in Tech” (WIT) beynəlxalq təşkilatı və Təhsilin İnkişafı Fondunun (TİF) birgə təşkilatçılığı, “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Seçim mərhələsini uğurla keçmiş 15-45 yaş aralığında olan xanımlar iki ay ərzində UX/UI dizayn, kibertəhlükəsizlik, rəqəmsal marketinq və digər ixtisaslara yiyələndikdən sonra işlə təmin olunacaqlar.
"Təqaüd proqramına dəstək göstərməkdə əsas məqsədimiz Azərbaycan xanımları arasında informasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsini yüksəltmək, onları gələcəkdə bu sahə üzrə karyera qurmağa həvəsləndirməkdir. Şirkətimiz özünü inkişaf etdirməyə həvəsli olan xanımlara hər zaman dəstək göstərməyə hazırdır", - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.
Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın adına olan təqaüd proqramı 2023-cü ildə təsis edilib. Proqramın məqsədi cəmiyyətin inkişafında bilavasitə rolu olan qadınların gələcəyin peşələrinə yiyələnərək iqtisadi azadlıqlarını əldə etmələrinə, öz arzularını reallaşdırmağa dəstək göstərməkdir.
Qadınların təhsil və məşğulluq imkanlarının artırılması “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.























































