Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Həssas əhali qruplarinda məşğulluğun artırılması istiqamətində peşə kursları təşkil edildi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Orta qrant müsabiqəsinin qalibi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi “Həssas əhali qruplarında məşğulluğun artırılması: peşə kurslarının təşkili” mövzusu üzrə 01.05.2024-cü il tarixdən 31.10.2024-cü il tarixinədək layihə həyata keçirir. Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə haqqında ictimai birliyin sədri, layihə rəhbəri Mehdi Mehdiyevin müsahibəsini sizlərə təqdim edirik.
Layihənin həyata keçirilməsi ideyası təməli ulu öndərimiz tərəfindən qoyulmuş və onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezudenti İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi sosial siyasət, o cümlədən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, onların ailə üzvlərinə və sosial durumları zəif olan ailələrə göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Bu siyasətin davamı olaraq Dövlət Məşğulluq Agentliyi sosial durumu zəif olan insanları özünəməşğulluq proqramlarına cəlb edir, sosial müavinətlər verilir və müxtəlif maddi yardımlar göstərir. 
Təşkilatımıza daxil olan müraciətlərə əsaslanaraq nəticəyə gəlmək olar ki, bu kateqoriyadan olan insanların müəyyən hissəsi özünəməşğulluq proqramı çərçivəsində fəaliyyətlərini obyektiv və subyektiv səbəblərə görə davam etdirə bilmirlər.
Bu baxımdan belə bir layihənin həyata keçirilməsi zamanın tələbidir.
Layihə çərçivəsində 5 ay ərzində “Veb-saytların yaradılması”, “İnteryer dizayn” və 2 ay müddətində “Rəqəmsal marketinq” ixtisasları üzrə peşə kursları təşkil olunacaq. Kursu müvəffəqiyyətlə bitirənlərin işlə təmin olunmalarına köməklik göstəriləcək. Kurslara həssas qrupa aid insanlar və onların ailə üzvlərinin qəbul edilməsi nəzərdə tutulur.
Peşə kurslarını müvəffəqiyyətlə həyata keçirmək məqsədi ilə təcrübəli təlimçilər cəlb olunub. Təlimçilər Namiq Nəcəfov “Veb-saytların yaradılması”, Xanımzər Məmmədova “İnteryer dizayn”, Nərmin Tağıyeva “Rəqəmsal marketinq” kurslarını tədris edəcəklər.
İnanıram ki, bu kursları uğurla başa vuranların bir hissəsi cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş rayonlarda öz karyeralarını davam etdirəcəklər.
Kurslara qeydiyyat 31 may 2024-cü ilə qədər davam edəcək.
Hazırladı Vətən Naminə mətbuat xidməti























































