Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
“Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!” mövzusunda Dəyirmi Masa yığıncağı keçirildi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 22 sentyabr 2023-cü il tarixində, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!” mövzusunda Dəyirmi Masa yığıncağı keçirildi.
Dəyirmi masa yığıncağı Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuşların və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi etiramla yad edərək öz işinə başladı.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək ilk öncə sentyabrın 20-də, Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələri zərərləşdirərək silahı yerə qoymaları və tərk-silah olmaları üçün keçirdiyilokal antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində, Azərbaycanın suverenliyini bərpa etdiyinə görə, Dəyirmi Masa yığıncağı iştirakçıları adından, Azərbaycan Silahlı Qüvvələrinin Müzzəfər Ali Baş Komandanı İlham Əliyev cənablarını, Azərbaycan Silahlı Qüvvələrinin bütün əskər və zabitlərini və Azərbaycan xalqını təbrik etdi.
Daha sonra Sərraf Orucov layihədə qaldırılmış problemlərlə bağlı çıxış edərək bildirdi ki, tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli iradəsi ilə, Şanlı Zəfər qələbəsini xalqımıza bağışlamış Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi-sosial problemlərinə biganə qalmamalıyıq.
Layihənin rəhbəri Rasim Mirzəyev layihənin məqsəd və məramı haqqında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarını aidiyyəti olanSəhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.
Həyata keçirilən layihəsi çərçivəsində müharibə əlilləri və veteranlar arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə hüquqi yardım xidməti və psixoloji-reabilitasiya kursları təşkil edilərək intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minumuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik göstərildi.
Daha sonra Dəyirmi Masa iştirakçılarından, layihənin hüquqşünası Fəqan Nəsibzadə, layihənin həkim psixoloqu İbrahim Əsədli, 20 yanvar Cəmiyyəti ictimai birliyinin sədri Soltan Əzimzadə, “Qarabağ müharibəsi Veteranları Şəhid Ailləri və Əlillərinə Sosial Yardım” ictimai birliyin sədr müavini Almaz Əhmədova, “Müharibə veteranları qadınlarınına sosial yardım” ictimai birliyinin sədri Radə Abbas, “Zəfər Yolu” İctimai birliyin sədri Pərvanə Salaman qızı,
“Azərbaycan Demaktarik İslahatların İnkişafı” İctimai birliyinin sədri Cavid Şahverdiyev. “Aran Mediya” qrupunun drektoru Yeganə Telman qızı, “DSBŞAZ ”-nin təsisçisi Almaz Ələskərova və müharibə əlilləri, veteranlar çıxış edərək, Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər“ Fondunun həyata keçirilən “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsində qaldırılmış, müharibə əlilləri və veteranların sosial və psixoloji-reabilitasiya problemləri ilə əlaqədar fikir və təkliflərini bildirdilər və layihə sayəsində görülən işləri müsbət qiymətləndirdilər.
Çıxış edənlər öz çıxışlarının sonunda belə bir aktual mövzuda olan layihənin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kollektivinə öz təşəkkürlərini bildirdilər.
Dəyirmi Massa yığıncağının sonunda, müharibə əlillərinin, veteranların müraciətlərini və xahişlərini nəzərə alaraq, Dəyirmi Massa yığıncağının iştirakçıları adından aidiyyəti olan dövlət təşkilatlarına, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müharibə əlillərinin, veteranların ən aktual olan sosial və psixoloji-reabilitasiya problemləri ilə bağlı təkllifləri hazırlanaraq göndərilməsi qərara alındı.
Azərbaycan Respublikası
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun
Mətbuat Xidməti.






























































