Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Müharibə əlillərinə və veteranlara hüquqi xidmət təşkil oluundu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 01.07.2023-30.09.2023-cü il tarixlərini əhatə edən, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi davam edir.
Layihə çərçivəsində 15 sentyabr 2023-cü il tarixində, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarını Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən təmin olunmasına hüquqi köməklik göstərmək məqsədi ilə hüquqi marifləndirmə tədbiri keçirildi.
Layihənin rəhbəri Rasim Mirzəyev layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarını Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.
Vətən müharibəsinində sağlamlığını itirmiş müharibə əlillərinin çoxu müalicə olunmaları üçün hara və necə müraciət etmələrini bilmirlər.
Müharibə əlillərin və veteranların sosial hüquqları və psixoloji-reabilitasiya sahəsində marifləndirmələrinə, onların tibbi və sosial problemlərinin həllinə köməklik göstərilməsinə daha çox ehtiyacları vardır.
Layihə çərçivəsində həmçinin, Vətən müharibəsində döyüşərək sağlamlığını itirmiş müharibə əlillərinin və veteranları arasında psixoloji gərginliyi artmış insanların aidiyyəti xəstəxanalarda müalicə olunmaları üçün hüquqi köməklik göstərilir.
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Sərraf Orucov çıxış edərək qeyd etdi ki, şəhid ailələrinin, müharibə əlillərinin tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən müxtəlif fərman və sərəncamlarla davam etdirilir.
Çox təəsüflər olsun ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların əksəriyyəti son illər Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün, onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək tibbi-sosial problemlərlə üzləşirlər.
Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli iradəsi ilə, Zəfər qələbəsini xalqımıza bağışlamış Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi -sosial problemlərinə biganə qalmamalıyıq.
Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Hikmət Ağayev çıxış edərək xüsusi ilə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənabları dəfələrlə məmurlarla keçirdiyi tədbirlərdə bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrin və Qarabağ müharibəsinin veteranları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!
Müharibə şəraitində olan ölkəmizdə vətəndaşların şəhid ailələrinə,müharibə əlillərinə və veteranlarına qarşı göstərdikləri diqqət və qayğı böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına dahada müsbət təsir göstərəcəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Valeh Nəcəfov çıxış edərək bildirdi ki, Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlillərinə və veteranlarına layiqincə xidmət göstərərək, onları xoşagəlməz rəftarları ilə dövlətdən incik salıb, onların vətənpərvərlik ruhlarını və hisslərini sarsıtmamalıdırlar.
Azərbaycan Silahlı Qüvvələrinin, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik Elşad Şabanov çıxış edərək bildirdi ki,vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemləri deyil, həmçinin bütün cəmiyyətin problemi sayılmalıdır.
Daha sonra hüquqi xidmət tədbir iştirakçılarından, “Modern İnkişaf və Ailə” İctimai birliyin sədri, Tibb Elmlər doktoru Zərifə Quliyeva, “Dünya Ana və Uşaqların İctimai birliyin sədri Dünyaxanım Əliyeva, “Zəfər Yolu” İctimai birliyin sədri Pərvanə Salaman qızı və müharibə əlilləri, veteranlar çıxış edərək,“Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərininhəllinədəstək” layihəsində qaldırılmış Vətən müharibəsinində sağlamlığını itirmiş müharibə əlillərininvə veteranlarının sosial və tibbi problemləri ilə əlaqədar fikir və təkliflərini bildirərək layihə sayəsində görülən işləri müsbət qiymətləndirdilər.
Tədbir iştirakçıları öz çıxışlarının sonunda belə bir əhəmiyyətli layihənin maliyələşdirdiyinə və icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kollektivinə öz təşəkkürlərini bildirdilər.
Daha sonra, layihənin hüquqşunası, Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan mayor Fəqan Nəsibzadə tərəfindənmüharibə əlillərinin və veteranlarının sosial və tibbi problemləri ilə əlaqədar onları maraqlandıran suallara, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlilliyinə təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” barəsində ətraflı izahatla məlumat verilərək hüquqi yardım xidməti tədbiri davam etdi.
Azərbaycan Respublikası Beynəlmiləlçi
Əlil Döyüşçülər Fondunun Mətbuat Xidməti