Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir, Milli Məclisin deputatları, politoloqlar iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Elşad Mirbəşir deyib ki, bu gün Azərbaycan bütün dünya azərbaycanlılarının məsuliyyətini öz üzərinə götürmək gücündədir. Bugünkü Azərbaycan yeni reallıqlara uyğun inkişaf hədəflərini müəyyənləşdirə bilir: “Dünya azərbaycanlıları artıq özünün güclü və qüdrəti dövlətlərinin olmasına əmindirlər. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada söz sahibi olan ölkəyə çevrilib”.
Daha sonra toplantı iştirakçıları videorolikə baxıb.
Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə qeyd edib ki, güclü dövlət ədalətli qanunlarla qurulur və 1993-cü ildən bu yana Azərbaycanda güclü dövlətin qurulmasının təməli qoyulub: “Modernləşməyən dövlət heç zaman rəqabətə tab gətirə bilməz. Dövlət inkişaf etmirsə, güclü ola bilməz və hədəfinə çata bilməz. Xatırlayırsınızsa, 2003-cü ildə Prezident İlham Əliyev demişdi ki, bizim hədəfimiz modernləşməkdir. Yenilənmə həmişə özü ilə inkişaf gətirir. Vətən müharibəsindəki qələbəni Prezident İlham Əliyevin rəhbərliyi ilə millətimiz qazandı. Bizim inkişafımızın əsas səbəbi sabitliyimizin olmasıdır”.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə vurğulayıb ki, bu gün Qarabağda bərpa-yenidənqurma işləri aparılır: “Bu onu göstərir ki, Azərbaycan kommunikasiyaların açılmasını istəyir. Azərbaycançılıq ideologiyası tarixdir və keçmişimizdir. Biz tariximizi bilirik. “Böyük millət” dialoqsuz ola bilməz”.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova deyib ki, biz növbəti hədəflərimizi və onlara necə çatmalı olduğumuzu bilməliyik. “Böyük millət, güclü dövlət” anlayışı hədəflərimizə uyğundur: “Bizim milli ideologiyamızın yeni şərtlərini təqdim edən Prezident İlham Əliyevin çıxışlarıdır. Prezident İlham Əliyev qeyd etdi ki, qayıdışımız bizim milli ideologiyamız olmalıdır”.
Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, ermənilər Azərbaycana təkcə ərazi zərbəsi deyil, düşüncə zərbəsi də vurub: “Biz azərbaycanlı kimliyinin boşluqlarını doldurmalıyıq. Bu gün Azərbaycan ağıllı siyasət həyata keçirir”.
Tədbir çıxışlarla davam edib.























































