Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
“Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir

AR ETN Botanika İnstitutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir. Forum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxs, Dendrologiya Bağı Publik Hüquqi Şəxs, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva qonaqları və iştirakçıları salamlayıb. Professor çıxışını ölkə başçısı cənab İlham Əliyevin nitqi ilə başlayaraq “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır” deyə söylədiyi fikirləri səsləndirib. O, Azərbaycanda keçirilən COP 29 çərçivəsində “Müharibə gedən ölkələrdə ekosistemlərə dəyən ziyanın qiymətləndirilməsi və bərpası ittifaqı”nın yaradılması təklifini irəli sürülməsinin məqsədə uyğun olduğunu qeyd edib. Sözü gedən ittifaq üzvləri tərəfindən müharibə gedən ölkələrdə ekosistem və biomüxtəlifliyə dəymiş ziyan hesablanmalı, ətraf mühitdə emissiyanın artımı dəqiqləşdirilməli, meşə və yaşıllıqların azalması müəyyənləşdirilməli və hər biri üçün ziyan verən tərəfə cərimələr tətbiq edilməlidir. Bu eyni zamanda planetimizin qorunmasına xidmət edəcəkdir.
Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nümayəndəsi Aysel Qəribli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, Kimya və biologiya faküləsinin dekanı, dosent Reyhan Ağayeva, Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxsin idarə heyətinin sədr müavini Natiq Allahverdiyev, Dendrologiya Bağı Publik Hüquqi Şəxsin idarə heyətinin sədr müavini, dosent Samirə Bağırova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Çelyabinsk Dövlət Universitetinin Geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının müdiri, dosent Dmitriy Dvinin çıxış edərək Forumun işinə uğurlar arzulayıblar.
Forum 12 istiqamət üzrə 3 paneldə plenar iclaslarla davam edib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.
Tədbirin davamı geniş dəyirmi masada müzakirə və təbiətə ekskursiyalarla davam edəcək. 
























































