Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Botanika İnstitutu ərazisi ətrafında iməclik işləri görülüb
AR ETN Botanika İnstitutunun əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməclik təşkil olunub.
İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva, icraçı direktor professor Şakir Qasımov və bir qrup əməkdaşın iştirakı ilə Botanika İnstitutu üçün inşa edilən yeni binanın həyətyanı sahəsində şənbə günü iməcliyi və yaşıllaşdırma işləri həyata keçirilib. Əkilən agac və gül kollarına aqrotexniki qulluq göstərilib və suvarma işləri aparılıb.
Tədbir zamanı professor S.İbadullayeva bildirib ki, yaşıl ölkə, təmiz hava və gələcək nəsillərimizə yaşıl dünya buraxmaq üçün hamımız bacardıqca ətraf ərazilərimizi yaşıllığa qərq etməliyik. O, əməkdaşların razılığı ilə ənənəvi iməcliyin hər istirahət günləri təkrarlanacağını vurğulayıb.
Qeyd edək ki, ekologiyanın mühafizəsi Botanika İnstitutunun rəhbərliyi tərəfindən də daim diqqətdə saxlanılıb, yaşıllıq zolaqlarının bərpası və inkişaf etdirilməsi istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib. 




























































