Səhiyyədə peşəkarlıq, humanizm və idarəçilik mədəniyyətinin uğurlu ünvanı - Rəşid Vəzirov
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Quba rayonu 5 №-li Yol İstismarı MMC-nin direktoru Paşa Abdullayev-Yol quruculuğunda məsuliyyət, sədaqət və peşəkarlıq nümunəsi
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
Şahin Süleymanov-Yol istismarında peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət nümunəsi
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
Keçmiş RİH-nin başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
“Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfrans keçirilib
17-18 sentyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı (BCAA) və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə AR ETN Botanika İnstitutunda COP29-a həsr olunmuş "Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfrans keçirilib.
Tədbirin açılış mərasimində Çin Elmlər Akademiyasının Sincan, Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA təsisçisi və prezidenti Prof. Zhang Yuanminq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıbəyov, ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və professor-müəllim heyəti, ETN-nin Dendrologiya İnstitutu, A.İ.Qarayev adına Fiziologiya İnstitutu, Zoologiya İnstitutu, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin nümayəndələri, yerli və beynəlxalq tədqiqatçı alimlər və mütəxəssislər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları institutun foyesində müəssisə alimlərinin elmi nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirib, Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq konfrans iştirakçılarını salamlayıb. O, qeyd edib ki, COP29 beynəlxalq konfransının ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb etməklə, dünya ölkələrinin diqqətini Azərbaycana yönəldir. COP29-a həsr olunmuş “Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərinin həlli üzrə beynəlxalq təcrübəni bölüşməkdir. Həmçinin, Botanika İnstitutunun alimləri tərəfindən Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərində aparılan tədqiqatlar haqqında əldə olunan nəticələri geniş auditoriyanın diqqətinə çatdırmaq və müzakirə etməkdir.
S.İbadullayeva “Qarabağın dünəni, bugünü və sabahı” mövzusunda çıxış edərək Qarabağ və Şərqi Zəngəzurda aparılan monitorinq və çöl-tədqiqat işlərinin nəticələri haqqında məlumat verib. Məruzəçi sözügedən ərazilərə dəyən ziyanın qiymətləndirilməsinə aydınlıq gətirib.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi Mübariz Hacıbəyov çıxışında Botanika İnstitutunun yeni binaya köçürülməsi münasibətilə əməkdaşları təbrik edib, konfransın işinə uğurlar arzulayıb. M.Hacıbəyov "Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfransın keçirilməsinin COP29-a gedən yolda müəyyən edilmiş hədəflərə nail olmaq üçün həyata keçirilən təşəbbüslərdən biri kimi qiymətləndirib.
Konfransın plenar hissəsində müxtəlif istiqamətlər üzrə yerli və xarici alimlərin təqdimatında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Konfransda iştirak edən Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun direktor müavini, Turpan Botanika Bağının direktoru, Professor Zhang Daoyuan, Sincan Ekologiya və Coğrafiya İnstitutunun nəzdində İli Botanika Bağının direktor müavini, Professor Liu Huiliang və Turpan Eremofit Botanika Bağının direktor müavini Wang Xiyong "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin yeni təmirdən çıxmış binasını və ərazisini ziyarət ediblər. Gələcəkdə Botanika Bağları ilə Mərkəzi Nəbatat Bağı arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub.
Tədbirin davamında Azərbaycan Dövlət televiziyasında (AZTV) “Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfransa həsr olunmuş dəyirmi masa keçirilib.
Sonda konfransın bəyannaməsi hazırlanıb və iştirakçılara sertifikatlar təqdim olunub.










































































