Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun təşkilatçılığı ilə 22-26 aprel tarixlərində Laçın şəhərində və Zabux kəndində «Yaşıl dünya naminə həmrəylik ili»nə həsr olunmuş «Şərqi Zəngəzur və Qarabağın biomüxtəlifliyinin tədqiqi» mövzusunda dəyirmi masa (hibrid formatda) keçirilib. Tədbir Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə və Simurq kitabxanasında həyata keçirilib. Botanika İnstitutunun bir qrup alim və mütəxəssisləri, AR Elm və Təhsil Nazirliyinin nümayəndələri, məktəbin direktoru, müəllim-şagird heyəti iştirak ediblər.
Əvvəlcə tarixi qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə anılıb.
Tədbiri giriş sözü ilə açan Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Laçın rayonunun əhalisini Ali Baş Komandan Cənab İlham Əliyevin dərin siyasəti və dəmir yumruq sayəsində tarixi torpaqlarımıza qayıtması münasibətilə təbrik edib, onlara can sağlığı, işlərində uğurlar arzulayıb. Tədbir zamanı professor S.İbadullayeva “Azərbaycan florasında yayılan dərman bitkilərindən istifadə perspektivləri” elmi tədqiqat proqramı çərçivəsində "Böyük Qayıdış" icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onların istifadə yollarını öyrətmək məqsədi ilə nəşr olunan “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabın və Azərbaycan florasında yayılan arıların, ev quşlarının müalicəsində, baytarlıq təbabətində istifadə edilən 100-dən çox dərman bitkisi haqqında məlumatlar toplanmış 3 bukletin və 2 broşurun treninq formatda təqdimatı keçirilib, onlar məktəbin kitabxanasına hədiyyə edilib, eləcə də yerli icmalara paylanılıb. Dəyirmi masada İnstitutun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, Algologiya və lixenobriologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Şəkər Muxtarova, Herbari şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, Etnobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümova, onlayn formatda Gəncə Dövlət Univeristetinin professoru Aynur Bayramova və başqaları öz tədqiqat sahələri barədə çıxış edib, müəllim və şagirdlərin sualarını cavablandırıblar.
Daha sonra Zabux Kənd tam orta məktəbində və Laçın şəhərində yerləşən Simurq kitabxanasında görüş keçirilib, botanik alimlərin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşurlar həmin müəssisələrə təqdim olunub.
Səfər müddətində botaniklər Laçın rayonu ərazisində ekspedisiya həyata keçirib. Böyük Qayıdışa dair I Dövlət proqramının icrası ilə əlaqədar olaraq bitkilərin Qarabağ ərazisində yayılmasına dair monitorinq aparılıb, ərazidə yayılan nadir, endemik, dərman bitkiləri tədqiq edilib, göbələk və yosun nümunələri toplanılıb. Monitorinqin nəticəsi ilin sonunda nəşri gözlənilən “Qarabağ florası” adlı kitabda əks olunucaq.











































































