Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Göygöldə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Forum və eko-aksiya keçirilib

Milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verilməsi məqsədilə ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.
Bu məqsədlə, 16 may tarixində Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz Göygöl” Gənclərin Forumu və eko-aksiyası həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Göygöl bölməsi və “Göygöl Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə baş tutan Forum rəsmi hissə ilə başlayıb. Göygöl RİH başçısının müavini Arzu Qocayev Forumu açıq elan edib, rəsmiləri və gəncləri salamlayıb. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını gənclər arasında təşviq etməklə, ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməyin vacibliyini vurğulayıb.
Daha sonra Forum çərçivəsində panel müzakirələr başlayıb. AGMA-nın Gəncə-Daşkəsən regional filialının sədri Səltənət Qurbanova moderator kimi çıxış edib və panelistlərin çıxışı başlayıb. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi haqqında məlumat verib. “Göygöl Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Şəhriyar İsmayılzadə son 1 ildə “Təmiz Göygöl" təmizlik aksiyasında gənclərin aktivliyindən söz açıb. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müdiri Azər Quliyev isə yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərdən danışıb. Çıxışların sonunda gənclərin sualları cavablandırılıb.
Forumdan sonra gənclərin iştirakı ilə ağacəkmə aksiyası həyata keçirilib. Göygöl şəhəri ərazisində 100-dən çox eldar şamı əkilib.




























































