Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
“Regionun gənc eko-səfirləri” proqramının nəticələri açıqlanıb
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Regionun gənc eko-səfirləri" proqramının nəticələri rəsmi olaraq açıqlanıb.
Gənclər üçün yaradılan bu fürsətin əsas məqsədi iqlim dəyişikliyinin təsirləri və həlli istiqamətində gənclər arasında ictimai iştirakçılığı stimullaşdırmaq, region gənclərinin iqlim dəyişikliyi, ekologiyaya dair maarifləndirilməsi və bu istiqamətdə gənclərin iştirakı ilə müxtəlif fəaliyyətlərin həyata keçirilməsidir.
Proqram çərçivəsində 16-25 yaşarası 200-ə yaxın gənc qeydiyyatdan keçib və onlar arasından tələblərə cavab verən 58 nəfər müsahibə mərhələsinə dəvət olunub. Bu mərhələni də uğurla tamamlayan 12 nəfər gənc təmsil etdiyi regionun eko-səfiri seçilib.
Gənc eko-səfirlər üçün 4 ay müddətində bilik və bacarıqların inkişafı üçün təlimlər, qeyd olunan sahənin ekspertləri ilə görüş və müzakirələr, eyni zamanda eko-səfirlər tərəfindən ekoloji aksiyalar və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərin icrası nəzərdə tutulub.
GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru və layihə rəhbəri Coşqun İsmayılov proqramın gəncləri təbiətin qorunmasında aktiv iştirakçıya çevirmək üçün mükəmməl bir fürsət olduğunu vurğulayıb. O, həmçinin proqram üzrə seçilən və eko-səfir adını qazanan bütün gəncləri mərkəz adından təbrik etdiyini və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladığını bildirib.
Yaşıl gələcək naminə seçilən gənclərin siyahısını təqdim edirik:
- Leyla Hüseynova Sənan qızı (Ağsu rayonu)
- Nigar Mustafayeva Vüqar qızı (Balakən rayonu)
- Roza Allahverdiyeva Elçin qızı (Gəncə şəhəri)
- Məleykə Mirzəliyeva Mənsur qızı (Göyçay rayonu)
- Kərim Boyaqçızadə Bəhruz oğlu (İsmayıllı rayonu)
- Gültəkin Qulamzadə Yunus qızı (Lənkəran şəhəri)
- Hikmət Qafarov Taleh oğlu (Mingəçevir şəhəri)
- Bənövşə Ramazanova Adil qızı (Qax rayonu)
- Xaqan Qurbanov Amil oğlu (Qazax rayonu)
- Xəyal Məmmədəliyev İlham oğlu (Qəbələ rayonu)
- Fəridə Allahverdiyeva Fərhad qızı (Quba rayonu)
- Famil Pirəliyev Ramil oğlu (Sumqayıt şəhəri)























































