Xəbər Lenti
Dünən, 18:47
Aqrar sahədə uğurun ünvanı: “CasaAgro”nun rəhbəri Hüseynov İbrahim Cavid oğlu nümunəvi sahibkarlıq yolu
Dünən, 17:09
İsmayıl Zalovun Baku Expo Center-də fəal iştirakı və aqrar sahədə beynəlxalq əməkdaşlıq müzakirələri
Dünən, 08:05
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
4-05-2026, 21:08
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
4-05-2026, 12:39
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Ceyhun Bayramov Ermənistan tərəfinin məlumatını təsdiqlədi
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində işlər davam etdirir. Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Bunu delimitasiya və demarkasiya prosesinin başa çatdırılması haqqında sənədin imzalanması ilə bağlı deyə bilərik. Delimitasiya komissiyalar arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".
"Report" xəbər verir ki, bu sözləri Tiflisdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib
Nazir bildirib ki, sülh müqaviləsinin imzalanması üçün də işlər aparılır:
"Son layihə bir neçə gün bundan öncə Ermənistana tərəfimizdən təqdim edilib. Hələ də Ermənistanın konstitusiyasında əfsuslar olsun ki, Azərbaycana ərazi iddiası bəndi var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik", deyə Ceyhun Bayramov bildirib.
Qeyd edək ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərdiyini açıqlamışdı.























































