Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
02 Dekabr 2022 02:42Siyasət
Ceyhun Bayramov: Ermənistan yaranmış tarixi fürsəti dəyərləndirməlidir
Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina etmək daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni şəkildə gecikdirir. Əvəzində, Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşada keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bəzi üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirməkdəki rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı artan hərbi təxribatlara və müharibəni qızışdıran ritorikaya əl atmağa sövq edir.
“Hər iki tərəfin nəhayət dayanıqlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda ATƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistanı normallaşma prosesini pozmaq cəhdlərindən əl çəkməyə inandırması əhəmiyyətlidir. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsəti dəyərləndirməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq”, - deyə Ceyhun Bayramov bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır