Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Azərbaycan-Ermənistan: Normallaşma prosesi irəliləyib
“2023-cü ildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən gündəlik irəliləyib”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan və onun havadarları sülh gündəliyinə maneə yaratmağa çalışıblar.
Ceyhun Bayramov 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər barədə də məlumatları xatırladıb.
“Lakin Ermənistanın tutduğu mövqe, Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğunu davam etdirməsi sülh gündəliyinə maneə yaradırdı. Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdikdən sonra münasibətlərin irəlilədilməsi baxımından yeni imkanlar yaranıb”, - deyə Ceyhun Bayramov əlavə edib.
Aqşin Kərimov























































