ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Örnək insan və mənəvi paklıq timsalı - İSKƏNDƏR XƏLİLOV
Bu gün Azərbaycanda yüksək nüfuza malik şəxsiyyət, dövlətçiliyimizin inkişafında müstəsna xidmətləri olan xadim “ISR Holding”in sahibi, iş adamı İskəndər Xəlilovdan bəhs edəcəyik. İqtisadiyyat sahəsində nadir istedadlı şəxsiyyət kimi tanınan və çəkdiyi zəhməti ilə hamıdan fərqlənən xeyirxahlıq, ziyalılıq, alicənablıq simvoluna çevrilən İskəndər Xəlilovun həyat yolu və fəaliyyəti olduqca şaxəlidir. Saf əqidəli insanlar sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və dürüst insan, görkəmli şəxsiyyət olan İskəndər müəllim ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq görürük. Təsadüfi deyildir ki, Onun fəaliyyəti də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara sevinc bəxş etmək olub. Kainat qədər geniş qəlbindən və zəkasından çağlayan ilahi nuru Onu tanıyanların mənəvi dünyasına daim nur saçır.
İskəndər Xəlilov əmək fəaliyyətini zəhməti ilə başlasa da, özünün ləyaqəti və amalı, bilik və savadı ilə sonralar məsul vəzifələrdə çalışmağa başlamışdır. İskəndər müəllim həmişə, hər zaman ölkə rəhbərinin etimadını doğruldaraq, dövlətə və dövlətçiliyə sadiq qalan şəxsiyyətlərdəndir.
Zəruri giriş:
1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləmişdir. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olmuşdur.1991-ci ildə "LUKoyl" - Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl"- Türkiyə" nümayəndəliyi İdarə Heyətinin rəhbəri olmuşdur.2000-ci ildə "Slavneft"in Neft-qaz şirkətində fəaliyyətə başlamışdır. "Slavneft"in İdarə Heyətinin uzvu, xarici iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti olmuşdur.2003-cü ilin fevralından "LUKoyl" Oversiz Holdinq LTD"-nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləmişdir.Geologiya mineralogiyaelmləri doktorudur. Rusiya, MDB olkələri və uzaq xarici olkələrdəki neft biznesi ilə bağlı olan, peşəkar dairələrlə geniş işguzar əlaqələri var. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Müasirləri İskəndər Xəlilov haqqında söz açarkən, ləyaqətli bir insan olduğunu vurğulayırlar. İskəndər müəllim işinin gərginliyinə baxmayaraq, həmişə bir rəhbər kimi qayğıkeşliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə İskəndər Xəlilov yüksəkdə dayanır. Həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Mən bir araşdırmaçı jurnalist kimi deyirəm ki, İskəndər Xəlilovun sığmayan bənzərsiz şəxsiyyət ömrü vardır. Bu keyfiyyətlər və dəyərlər, məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. İskəndər müəllimin insani etikası ilə bir nümunədir hər kəs üçün... O, qədər müsbət keyfiyyətləri ilə seçilir ki, İskəndər müəllim haqqında yazdıqca yazmaq istəyirsən. Sözümü bir sonluqla bitirmək istəyirəm: İskəndər Xəlilovun həyat yolu gələcək nəsillər üçün örnək olacaq bir simaya çevrilib və həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur.
Redaksiyamızın kollektivi adından qarşıdan gələn 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibəti ilə ürəkdən təbrik edirik, qarşıdan gələn hər bir gün üçün uğur, qalibiyyət və zəfər arzulayırıq.
Hörmətlə,
Vüqar Əsədov























































