Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
HACI SALAYEV - Örnək insan və mənəvi paklıq timsalı
Bu gün Azərbaycanda yüksək nüfuza malik şəxsiyyət, dövlətçiliyimizin inkişafında müstəsna xidmətləri olan xadim Hacı Salayevdən bəhs edəcəyik. Elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınan və çəkdiyi zəhməti ilə hamıdan fərqlənən xeyirxahlıq, ziyalılıq, alicənablıq simvoluna çevrilən Hacı Salayevin həyat yolu və fəaliyyəti olduqca şaxəlidir. Saf əqidəli insanlar sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və dürüst insan, görkəmli şəxsiyyət olan Hacı müəllim ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq görürük. Təsadüfi deyildir ki, Onun fəaliyyəti də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara sevinc bəxş etmək olub. Kainat qədər geniş qəlbindən və zəkasından çağlayan ilahi nuru Onu tanıyanların mənəvi dünyasına daim nur saçır.
Hacı Salayev 1968-ci ildə Azərbaycanımızın ikinci ən iri şəhəri olan Sumqayıtda anadan olub. Orta təhsilini Bakı şəhəri 6 saylı tam orta məktəbdə almışdır. 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdir. 2002-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə bitirmişdir. Hacı Salayev əmək fəaliyyətini fəhləliklə başlasa da, özünün ləyaqəti və amalı, bilik və savadı ilə sonralar məsul vəzifələrə təyinat almışdır. Hacı müəllim həmişə, hər zaman rəhbərliyin etimadını doğruldaraq, dövlətə və dövlətçiliyə sadiq qalan şəxsiyyətlərdəndir.
Hacı Salayevin əmək fəaliyyətini sizə təqdim edirik:
1985-ci ilin iyun ayında "İdman" İstehsalat Birliyində fəhlə vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1986-ci ilin noyabr ayından 1988-ci ilin oktyabr ayınadək Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra "İdman" İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifəsində işləyib.
1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi "Şəbəkə" Filialının direktoru vəzifəsinə təyin olunub.
1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi). Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olmuşdur.
Ehtiyatda olan polkovnik rütbəli zabitdir.
2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək "TRUST" Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib.
2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib.
2006-cı ilin mart ayından 2010-cu ilin fevral ayınadək "TRUST" Mühafizə Şirkəti İdarə Heyətinin sədri vəzifəsində işləyib.
29 noyabr 2010-cu ildə IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub.
2011–2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub.
2012–2015-ci illərdə Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri olub.
24 noyabr 2015-ci ildə V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü olub.
Azərbaycan-Türkiyə Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun üzvü olub.
2016-cı ildə Milli Məclisin Azərbaycan-Estoniya Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.
Müasirləri Hacı Salayev haqqında söz açarkən, ləyaqətli bir insan olduğunu vurğulayırlar. Hacı müəllim işinin gərginliyinə baxmayaraq, həmişə bir rəhbər kimi qayğıkeşliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Hacı Salayev yüksəkdə dayanır. Həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Mən bir araşdırmaçı jurnalist kimi deyirəm ki, Hacı Salayevin sığmayan bənzərsiz şəxsiyyət ömrü vardır. Bu keyfiyyətlər və dəyərlər, məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Hacı müəllimin insani etikası ilə bir nümunədir hər kəs üçün... O, qədər müsbət keyfiyyətləri ilə seçilir ki, Hacı müəllim haqqında yazdıqca yazmaq istəyirsən. Sözümü bir sonluqla bitirmək istəyirəm: Hacı Salayevin həyat yolu gələcək nəsillər üçün örnək olacaq bir simaya çevrilib və həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur.
Hörmətlə,
Fərid Faiqoğlu
“Xezertv.info”nun baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü