Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
Xeyirxah əməlləri ilə seçilən Azərbaycanlı iş adamı - "SR Group" şirkətinin rəhbəri Sahil Nağıyev
Bu gün Azərbaycanda yüksək nüfuza malik şəxsiyyət, dövlətçiliyimizin inkişafında müstəsna xidmətləri olan xeyriyyəçi iş adamı "SR Group" şirkətinin rəhbəri Sahil Nağıyevdən bəhs edəcəyik. İş aləmində nadir istedadlı şəxsiyyət kimi tanınan və çəkdiyi zəhməti ilə hamıdan fərqlənən xeyirxahlıq, ziyalılıq, alicənablıq simvoluna çevrilən Sahil Nağıyev həyat yolu və fəaliyyəti olduqca şaxəlidir. Saf əqidəli insanlar sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və dürüst insan, görkəmli şəxsiyyət olan Sahil müəllim ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq görürük. Təsadüfi deyildir ki, Onun fəaliyyəti də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara sevinc bəxş etmək olub. Kainat qədər geniş qəlbindən və zəkasından çağlayan ilahi nuru Onu tanıyanların mənəvi dünyasına daim nur saçır.
Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək - xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. İctimai istehsalın və iqtisadi sistemin sosial formasından asılı olmayaraq dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli, tətbiq edilməli, həyata keçirilməlidir. Bu mühüm və xeyirxah fəaliyyətə, insanpərvər addıma maraq və meyil daim artırılmalı və sözügedən məsələ daimi xarakter almalıdır. Bununla da, xeyriyyəçilər ölkənin, cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə korporativ sosial vəzifənin həllində öz iştirakçılarını təmin etmiş olurlar.
İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir.
Belə xeyriyyəçi iş adamlarımızdan biri də "SR Group" şirkətinin rəhbəri Sahil Nağıyevdir.
Sahibkar olan insan, neytiral olmalıdır. Heç bir siyasətə, dövlətin işinə qarışmamalıdır. Sahibkar olaraq yalnız arzulamalıdır ki, nələrisə qursun, yaratsın. İşçi sayını artırsın. Mənim düşüncəmə görə əsl sahibkar pulu hesablamamalıdır. Əsl sahibkar pul haqqında düşünməməlidir. Sadəcə işinin genişləndirilməsi, perspektivi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin funksiyası və ən əsası da yüksək mütəxəssis olan işçilərinin sayının artırılmasına çalışmalıdır. Sahibkarlıq ən böyük ibadətdir. Çünki sahibkar öz işçilərinə yaxşı əmək haqqı verirsə, onun işçilərinin ailə üzvləri yaxşı yaşayırsa, bax, bu elə ibadətdir. Sahibkar halal zəhmətlə qazanan, rəqabətdən qorxmayan insan olmalıdır. Həm də sahibkarda paxıllıq hissi olmamalıdır.
Sahil müəllim layihələr təchizatında Azərbaycan sahibkarlığının lideridir. Sahibkarlıqda Azərbaycanda ləyaqətli iş görən insanlardan biridir. Sahil Naöıyev Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. 44 günlük ədalət-haqq savaşında "SR Group" şirkətinin rəhbəri Sahil Nağıyev xalq-ordu, xalq-ordu birliyinə dəstək olaraq hərbiçilərimizə maddi və mənəvi dəstəyini göstərmişdir. Rövşən müəllimin həmişə şəhid ailələrinə, müharibə veteranlarının övladlarına, kimsəsiz və maddi imkanı aşağı olan ailələrə təmənnasız dərs və məktəb ləvazimatları ilə təmin etmişdir.
Bütün bunlar göstərir ki, Azərbaycanda sahibkarlar və digər imkanlı insanlar arasında xeyriyyəçilərin sayı getdikcə artır və Sahil müəllim məhz belə xeyriyyəçi sahibkarlardandır.
Biz də redaksiyamız adından "SR Group" şirkətinin rəhbəri Sahil Nağıyevə gördüyü xeyriyyə işlərində həmişə uğur, qalibiyyət və zəfər qazansın. Gələcək hər bir gününüz xeyirli olsun.
Vüqar Əsədov
Yazıçı-publisist























































