Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Ulu Öndər Heydər Əliyev Azərbaycan səhiyyəsində böyük inkişaf strategiyası
Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsi ulu öndərin əziz xatirəsinə xalqımızın ehtiramının ifadəsidir.
Müasir Azərbaycanın bütöv bir inkişaf epoxası Heydər Əliyevin adi ilə bağlıdır. 1969-cu ilin iyul ayından başlanan bu şərəfli epoxa özündə müasir tariximizin qürur doğuran səhifələrini cəmləşdirmişdir. Sovetlər dövrü Azərbaycanının iqtisadi baxımdan geridə olduğu bir vaxtda respublikamıza rəhbərliyə başlayan ulu öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və eyni zamanda, gələcək müstəqilliyimizin iqtisadi bazasını təşkil edəcək tərəqqi yolunun əsasını qoymuşdur.
Eyni missiyanı Heydər Əliyev müstəqilliyimizin ilk illərində də layiqincə yerinə yetirmişdir. Lakin bu dəfə Heydər Əliyev həm də müstəqilliyimizi qorumuş, dövlətçiliyimizi itirilməkdən xilas etmişdir. Bu gün müstəqil respublikamızda bütün sahələrdə əldə olunan inkişafın təməli Heydər Əliyevin ikinci dəfə respubikamıza rəhbərliyə başladıqdan sonra qoyulmuşdur. Ulu öndər həm də Azərbaycan səhiyyəsinin yüksəlişinin banisidir.
Ümumiyyətlə, XX əsrin ikinci yarısında Azərbaycan səhiyyəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində ulu öndərin sayəsində respublikamızda səhiyyənin hərtərəfli yenilənməsi üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970–1980–ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi respublikamızda səhiyyənin inkişafı barədə aydın təsəvvür yaradır. Ulu öndər o dövrkü fəaliyyəti barədə demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Müsrəqil Azərbaycanın ilk illərində yaranmış dərin böhran səhiyyədən də yan ötməmişdi. Həmin dövrə qədər böyük nailiyyətləri olan tibb sahəsi ölkədəki yarıtmaz idarəçiliyin nəticəsi kimi iflic vəziyyətinə düşmüş, vətəndaşlara tibbi xidmətlə bağlı formalaşmış dəyərlər sistemi, demək olar ki, tamamilə dağılmışdı.
Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra həyata keçirilən sosial islahatlar səhiyyəni də əhatə etmiş, bu sahədəki tənəzzülə son qoyulmuş və tibb xidmətinin müasir standartlar müstəvisinə keçirilməsi üçün əlverişdi şərait yaranmışdır. Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev insan amilini müəyyən edən məsələlər sırasında ölkə əhalisinin sağlamlağının qorunmasını və bu çərçivədə tibbi xidmətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Ona görə bərbad vəziyyə düşmüş səhiyyə sisteminin məhz bundan sonra səhmana salınmasına başlanılmışdır. Həmin dövrdən yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşası start götürmüş, mövcud tibbi müəssisələrinin yenidən qurulmasına başlanılmış, ambulator-poliklinika şəbəkələri genişləndirilmiş, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilmiş və tibb müəssisələrin maddi-texniki bazası da möhkəmləndirilmişdir.
Ulu öndər tərəfindən səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyasının yaradılması da bu sahədəki addımların səmərəliliyinə xidmət etmişdir. Bu islahatlar həm də Azərbaycanın sosial dövlətə çevrilməsi yolunda ilk mütərəqqi addımlar olmuşdur.
Təbii ki, islahatların uğur qazanmasında, ümumiyyətlə isə hər bir sahənin inkişafında təkmil qanunvericilik bazasının olması əsas şərtlərdən biridir. Bu baxımdan Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” qanunlar kimi mükəmməl səhiyyə qanunvericiliyini formalaşdırmaqla yanaşı, islahatların da uğurlarını təmin etmişdir.
1998-ci ilin sentyabr ayında Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışı mərasimində ulu öndərin etdiyi çıxışda həm səhiyyə islahatları, həm də həkim peşəsi barədə dəyərli fikirləri hər zaman öz aktuallığını saxlayacaq. “Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiyyə sahəsinə də toxunubdur. Bu təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıbdır. Biz onları həyata keçirəcəyik.
Bu islahatların həyata keçirilməsi bəzi çətinliklər yaratsa da, gələcək üçün Azərbaycanda səhiyyəni daha da keyfiyyətli edəcək və insanlara xidmətin keyfiyyətini daha da artıracaqdır. Mən bu islahatlara inanıram və ümidvaram ki, siz, səhiyyə işçiləri, hamınız birlikdə səhiyyə sahəsində islahatların aparılmasında fəal iştirak edəcəksiniz. Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir”.
Ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən müsləqil Azərbaycanın Konstitusiyasında hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təsbit olunmuşdur. Ana qanunumuzda təsbit edilir ki, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Məmnunluq hissi ilə qeyd eləməliyik ki, Heydər Əliyevin sosial siyasəti ötən 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Bu siyasətin ən böyük uğurlarından biri səhiyyəmizin keçdiyi sürətli inkişaf yoludur. Bu dövrdəki uğurlar o qədər əhatəlidir ki, onları bir məqalədə ətraflı ifadə etmək mümkün deyil.
2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi səhiyyənin inkişafı ilə bağlı işlərin nə qədər möhtəşəm olduğunu göstərir. Bu müəssisələrin açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı isə gözəl ənənəyə çevrilimişdir. Ona görə qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Hazırda elə bir şəhərimiz yoxdur ki, orada müasir tibb müəssisəsi olmasın. Bu səhiyyə ocaqlarında vətəndaşlarımıza ən müasir standartlar səviyyəsində tibbi xidmətlər göstərilir.
Bu dövrdə kadr hazırlığında da baş verən keyfiyyət dəyişiklikləri, tibbi personalın peşəkarlığının yüksəlməsi səhiyyəmizin uğurlarından sayılmalıdır. 2020-ci ilin mart ayında “Yeni klinika”nın açılışında Prezident İlham Əliyev bu barədə demişdir: «Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir».
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarını daha da artırmışdır. Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün klinikalarımızda müalicə edilir.
Bu gün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır. Bu inkişaf isə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də təqdir olunur, Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.
Ramidə İbrahimova
Bakı şəhəri 36 saylı şəhər poliklinikasının baş həkim