Xəbər Lenti
Bugün, 12:57
Uşaq bağçasında zorakılıq iddiaları – “Kids Era” bağçasında baş verənlər ciddi araşdırılmalıdır
5-03-2026, 21:38
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub
5-03-2026, 20:02
Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
5-03-2026, 19:26
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
5-03-2026, 19:24
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
5-03-2026, 18:03
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun bəyanatı
5-03-2026, 17:11
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
5-03-2026, 16:00
Lerikdə YOL PROBLEMİ: Sakinlərin öz hesablarına tikdikləri KÖRPÜ YARARSIZ HALA DÜŞÜB
5-03-2026, 11:42
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
5-03-2026, 11:34
Dövlətə sədaqətlə xidmətin nümunəsi – Göygölün inkişaf yolunda Vüqar Novruzovun fəaliyyəti
4-03-2026, 20:29
Autizmlə mübarizədə ümid ünvanı: Maarifləndirmə, dövlət dəstəyi və beynəlxalq təcrübə
4-03-2026, 20:27
Xırdalanda qanunsuz tikinti: Səssiz qalan aidiyyatı qurumların cavabsızlığı narahatlıq doğurur-VİDEO
4-03-2026, 13:20
“Heydər Əliyev. Əbədi miras”: layihəsi və toplu Lənkəranda, Velədi kənd məktəbində təqdimatı
KİV: Putin bütün Donetsk vilayətini döyüşsüz istəyir
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin müharibənin dayandırılması müqabilində Ukraynanın şərqindəki mühüm ərazilərin Moskvaya verilməsi planını dəstəklədiyini bildirib.
"Report” xəbər verir ki, bu barədə "The Telegraph” nəşri mənbələrə istinadən xəbər verib.
Qeyd olunub ki, Kreml Ukraynadan hazırda bəzi hissələri Kiyevin nəzarətində olan Donetsk bölgəsini verməsini tələb edib.
Buna cavab olaraq Putin cəbhə xəttini donduracağını və növbəti hücum hərəkətlərini dayandıracağını vəd edib. KİV-in məlumatına görə, bu tələblər Putinin Alyaskada Trampla görüşündə səsləndirilib.
Bazar ertəsi (18 avqust) Tramp bu şərtləri Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenskiyə təqdim etməyi planlaşdırır.
Respublikaçı mənbələr Trampın ərazi güzəştlərini "sülhün qiymətinin bir hissəsi” kimi gördüyünü bildirib. Eyni zamanda o, Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif edib ki, bu da ABŞ və Avropa müttəfiqlərini Rusiyanın yeni təcavüzünə cavab verməyə məcbur edəcək.
Avropa liderləri Zelenskinin Ukrayna torpaqlarının təhvil verilməsi ilə bağlı Trampın kəskin reaksiyasına səbəb ola biləcək istənilən təklifi qəti şəkildə rədd edəcəyindən narahatdırlar.
Böyük Britaniya, Fransa və Almaniyanın başçılıq etdiyi koalisiya liderlərinin sammitdən əvvəl bazar günü Vaşinqtonda görüşü planlaşdırılır. London vurğulayıb ki, ərazi güzəştləri ilə bağlı istənilən razılaşma yalnız Ukrayna hökumətinin razılığı ilə edilə bilər.
Prezident Zelenski əhaliyə müraciətində müttəfiqlərinə dəstəyə görə təşəkkür edib və bildirib ki, "Ukrayna öz ərazilərindən imtina etməyi müzakirə etməyə hazır deyil”. Onun sözlərinə görə, sülhün əsas şərti "qətllərə tam son qoyulması və ukraynalıların təhlükəsizliyinə təminat verilməsi” olaraq qalmalıdır.























































