TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Ötən il icbari sığorta ilə 98 mindən çox minimal invaziv cərrahiyyə icra olunub
Minimal invaziv cərrahiyyə adlanan, kiçik kəsiklərlə, xüsusi avadanlıq və müasir texnologiyalarla həyata keçirilən bir çox əməliyyatlar icbari tibbi sığorta təminatına daxildir. Bu üsul pasiyentlər üçün daha az risk, az ağrı və qan itkisi, qısa bərpa müddəti ilə seçilir. Ənənəvi açıq əməliyyatlara nisbətən bu müdaxilələr zamanı infeksiya riski, hospitalizasiya müddəti və travmatizasiya əhəmiyyətli dərəcədə azalır.
“Qafqazinfo” xəbər verir ki, 2024-cü il ərzində 98 365-dən çox minimal invaziv cərrahi müdaxilə icbari tibbi sığorta hesabına həyata keçirilib.
İcbari tibbi sığorta hesabına göstərilən minimal invaziv cərrahi xidmətlər bir sıra əsas sahələri əhatə edir. Ürək-damar sisteminə aid əməliyyatlar - müxtəlif lokalizasiyalı arteriyalara stent qoyulması, qapaqların endovaskulyar yolla dəyişdirilməsi, torakal və abdominal aortaya endovaskulyar yolla qreft implantasiyası, damarların balonla genişləndirilməsi (balon valvuloplastika), aritmiyalara səbəb olan sahələrin ablasiyası və s. kimi müdaxilələr həyati əhəmiyyət daşıyır.
Sinir sistemi və onurğa ilə bağlı icra olunan prosedurlar arasında serebrospinal (likvor) maye dövranının çətinləşdiyi və ya tamamilə mümkün olmadığı hallarda likvorun dövr etməsi üçün şunt yerləşdirilməsi, onurğa ağrılarından qurtarmaq üçün faset denervasiyası, kompession fəqərə sınıqlarında və sınıq riski olan fəqərə cisimlərinə sümük sementinin yeridilməsi (vertebroplastika) və bir çox digər müdaxilələr minimal travma ilə həyata keçirilir.
Həzm sistemi üzvlərinin xəstəliklərində qida borusu, mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, nazik və yoğun bağırsaqlar üzərində icra edilən bir çox əməliyyatların endoskopik və laparoskopik üsullarla icrası pasiyentlər üçün daha təhlükəsiz, az ağrılı və bərpa müddətinin qısa olması ilə fərqlənir.
Urologiya istiqamətində də bir sıra minimal invaziv müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Bunlara misal olaraq böyrəkdə yığılan sidiyin ifrazına maneə yarandığı hallarda sidiyin xaric olunması üçün böyrək ləyəninə boru yerləşdirilməsi (nefrostomiya), böyrək, sidik axarları, sidik kisəsi daşlarının və zədələnməsinin endoskopik yolla çıxarılması və destruksiyası, prostat vəzi üzərində sidik kanalından keçməklə icra edilən əməliyyatları göstərmək olar.
Ginekoloji sahədə isə uşaqlıq, yumurtalıqlar və fallop boruları, uşaqlıq yolu üzərində aparılan əməliyyatlar da (məs., miomanın çıxarılması (laparoskopik miomektomiya), uşaqlığın çıxarılması (histerektomiya), endometrioz ocaqlarının yandırılması (koaqulyasiya), eləcə də uşaqlıq sallanmasının aradan qaldırılması və bir çox digər müdaxilələr) minimal invaziv üsulla icra oluna bilər.
Bunlardan başqa döş qəfəsi orqanları və dayaq hərəkət sistemi (oynaq, sümük, əzələ və vətərlər) üzərində icra olunan minimal invaziv əməliyyatlar da travmatizasiya, qan itkisi, ağrını minimuma salmaqla pasiyentlərin normal həyata daha tez dönməsinə xidmət edir.
Məlumat üçün bildirək ki, bu üsulla aparılan əməliyyatlardan sonra sağalma müddəti 2-3 dəfə qısalır və infeksiya riski 40–60% azalır. Bu isə həm pasiyentin həyat keyfiyyətinə, həm də səhiyyə sisteminin səmərəliliyinə müsbət təsir göstərir.
İcbari tibbi sığorta hesabına təqdim olunan minimal invaziv cərrahi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndərişlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur. Pasiyentlər bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya müvafiq ixtisaslı həkimə müraciət etməlidirlər.























































