Xəbər Lenti
Bugün, 08:52
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Bugün, 08:29
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Bugün, 08:08
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
Dünən, 14:55
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Dünən, 08:16
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
26-12-2025, 20:25
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
26-12-2025, 20:20
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
26-12-2025, 20:11
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
26-12-2025, 20:06
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
26-12-2025, 19:57
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
26-12-2025, 14:36
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
25-12-2025, 16:15
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
25-12-2025, 14:34
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
25-12-2025, 14:30
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
25-12-2025, 10:23
İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hüquqşünası Təyin Olundu
Ölkədə ən bahalı cərrahi əməliyyatların qiymətləri

Azərbaycanda nadir və bahalı əməliyyatlardan bir çoxu icra edilir. Hazırda ölkədə icbari tibbi sığorta qüvvədədir, bir çox dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilir. Bura koxlear implantından tutmuş oynaq protezlənmə əməliyyatları daxildir.
Lakin hələ ki, ölkədə ən bahalı əməliyyat - orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.
Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanlar – ürək, böyrək, qaraciyər tez sıradan çıxmağa başlayıb.
Hazırda Azərbaycanda qiyməti “dodaq uçurdan” bahalı əməliyyatların sihayısını hazırlayıb.
Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.
Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır.
– Qaraciyər köçürülməsi – 35-40 min manat (donor xəstənin ailə üzvü, qohumundan olur)
- Böyrək köçürülməsi – 15-18 min manat
Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:
– beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) – 10-15 min manat
- Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı – 7-9 min manat
- Qida borusu törəmələrində - rezeksiya və süni boru yerləşdirilməsi - 7-8 min manat
Travmatoloji əməliyyatlardan
– Oynaq protezləşdirilməsi endoprotezlər qorulması - bir oynaq 6-7 min, iki oynaq 10-12 min manat
- Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi – hər fəqərə arası sahə üçün - 2500 manat, 4-5 fəqərə - 8-10 min manat
Damar əməliyyatları - invaziv, qeyri-invaziv
- Beyin anevrizması, damar yırtılması – 9-10 min manat
- Damar angioplastikaları – aşağı, yuxarı ətraflara stendin qoyulması – bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat
- Beyində stend yerlədirilməsi – bir stent 3-4 min manat
Ürək əməliyyatları
- Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3 min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq – 8-10 min manat
- Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq, ürəkdə əməliyyatlar - 9-14 min manat
- Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə – 7-9 min manat
Digər:
- Mədə kiçiltmə əməliyyatı (bariatrik cərrahiyyə) – 5-6 min manat. Qiymət əməliyyat zamanı istıfadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s. bu kimi alətlərin sayından asılıdır.
- Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. – bir oynaq 3-4 min, ikisi 6-7 min manat.
Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq, qiymətlər 1-3 min manat ucuz və ya baha ola bilər.























































