Xəbər Lenti
23-07-2026, 22:43
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
23-07-2026, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
23-07-2026, 17:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 21:15
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
22-07-2026, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
22-07-2026, 14:30
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
22-07-2026, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
22-07-2026, 13:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
22-07-2026, 09:30
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
İran Qərblə danışıqlara başlayır? (ŞƏRH)
"Trampın həyata keçirdiyi diplomatiya Tehranı da danışıqları bərpa etmək barədə düşünməyə vadar edə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsraillə baş tutan müharibədən iki ay sonra İran ali rəhbərliyinin ABŞ-la nüvə proqramı üzrə danışıqları bərpa etmək imkanını müzakirə etdikləri barədə məlumatları şərh edərkən deyib.
İranın ABŞ-la danışıqlara razılıq verməsinə gəldikdə, ekspert qeyd edir ki, istənilən dövlət problemlərin həlli üçün müharibədən daha çox diplomatiyaya üz tutur:
"Hazırda Donald Tramp tərəfindən də diplomatiya küləyini əsdirir. O, hər kəslə problemləri diplomatik yolla həll etmək istəyir. Bəlkə buna uyğun olaraq da Tehran danışıqları bərpa etmək niyyətini ortaya qoyub”.
Lakin həmsöhbətimiz bildirir ki, danışıqları bərpa təşəbbüsünün məhz İran tərəfindən gəlib-gəlməməsinin özü də müzakirə mövzusudur:
"Çünki bir çox hallarda informasiya vasitələri, xüsusən də Qərbdəki media tam dolğun və dəqiq məlumat vermirlər. İran özünü qorumaq üçün Qərblə danışıqlarda maraqlıdır. O da hər bir digər dövlət kimi maksimal dərəcədə müharibəyə baş vurmaq istəmir. Hər halda danışıqlar təşəbbüsü Tehrandan gəlibsə, Qərb ona cavab verməlidir. Verməsə proseslər mövcud formada davam edəcək.
Digər tərəfdən, istənilən ölkənin hərbi potensialının tükənib-tükənməməsi ilə bağlı düşmən ölkələr tərəfindən verilən məlumatların obyektivliyi çox zaman müzakirə mövzusudur. 12 günlük müharibə onu göstərdi ki, qarşılıqlı olaraq İsraillə İran bir-birinə kifayət qədər ziyan vura bildilər. İsrail əsasən generalların öldürülməsi, öz kəşfiyyatı ilə İrana zərbə vurdu. İran isə balistik silahlarla İsrailin "dəmir günbəz” sistemini iflic etdi”.
Qeyd edək ki, Qərb agentliklərinin məlumatına görə, İsraillə 12 günlük müharibədən iki ay sonra İranın ali rəhbərliyi ABŞ-la nüvə proqramı üzrə danışıqları bərpa etmək imkanını müzakirə etməyə başlayıb. Bu qərara səbəb kimi isə, İranın siyasi sisteminin növbəti genişmiqyaslı hərbi qarşıdurmaya tab gətirə bilməyəcəyi və 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurası sanksiyalarının bu il yenidən tətbiq olunması ehtimalı göstərilir.
"Reuters” agentliyinin məlumatına görə, İranın ali rəhbərliyi diplomatiyanı ABŞ və İsraillə gələcək hərbi toqquşmadan qaçmaq və siyasi sistemin sabitliyini qorumaq üçün yeganə çıxış yolu hesab edir. İddiaya görə, ali dini lider Ayətullah Əli Xamenei artıq ölkənin dini rəhbərləri ilə bu məsələdə konsensus əldə edib.
Rüfət Sultan























































