Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
“ABŞ bunu tələb etdiyi müddətcə heç bir razılaşma mümkün deyil”
“ABŞ nüvə danışıqlarına başlamazdan əvvəl 12 gün davam edən münaqişənin vurduğu zərərləri ödəməyi qəbul etməlidir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
O, İranın nüvə danışıqları ilə bağlı mövqeyindən danışarkən qeyd edib ki, Tehran Tramp administrasiyası ilə danışıqların bərpası üçün mövqeyini sərtləşdirib və yeni şərtlər irəli sürüb.
“Gələcəkdə bu cür hücumların təkrarlanmayacağına dair bizə zəmanət verilməlidir. Biz onlardan real, etimadı artıracaq addımlar gözləyirik. Tramp administrasiyası İranın uranı sıfır səviyyəsində zənginləşdirməsini tələb etdiyi müddətcə heç bir razılaşma mümkün deyil. Həmçinin avropalılarla danışıqlar aparmaq üçün də hazırda heç bir səbəb yoxdur, çünki onlar nə sanksiyaları ləğv edə bilirlər, nə də başqa bir şey etməyə qadirdirlər. Onlar sanksiyaların bərpası mexanizmini işə salsalar, bu, onlar üçün yolun sonu olacaq”, - İran XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, iyulun 25-i İstanbulda İran, Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqlarının bərpası ilə bağlı görüş keçirilmişdi. Görüşdə İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevənçi və Kazem Qaribabadi təmsil etmişdi.























































