Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
“İrana hücum etməyə tələsmirəm, amma...” - Tramp
“Birləşmiş Ştatlar Tehranın inkişaf edən nüvə proqramına görə İrana hücum etməyə tələsmir”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən deməzdim ki, bu variantı tam istisna edirəm. Amma etməyə tələsmirəm, çünki inanıram ki, İranın böyük bir ölkə yaratmaq və itkilər olmadan xoşbəxt yaşamaq şansı var. Mən bunu görmək istərdim. Bu, birinci variantdır. İkinci variant baş tutsa, İran üçün çox pis olacaq. Məncə, İran danışıqlara gəlmək istəyir. Ümid edirəm ki, onlar bunu edəcəklər. Bunu etsələr, onlar üçün çox yaxşı olacaq”, - Tramp bildirib.
ABŞ lideri sözlərinə belə davam edib: “Onlar gözəl xalqdır. Həmişə çox ağıllı, çox enerjili, çox müvəffəqiyyətli olublar və mən heç kimə zərər verəcək bir şey etmək istəmirəm. Amma İranın nüvə silahı ola bilməz. Hər şey çox sadədir. Biz onların sənayesini, torpaqlarını əlindən almaq istəmirik. Sadəcə deyirik ki, siz nüvə silahına sahib ola bilməzsiniz”.























































