MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
“Bir ekosistem” “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan “Bir ekosistem”i Şimali Amerikanın ən böyük süni intellekt sənaye tədbiri olan “Ai4 2025” konfransında təmsil olunub.
Tədbirdə ekosistemi “PAŞA Holding”in baş data inzibatçısı Valeh Nəbiyev, “Bir Ekosistem”in İnkişafı Departamentinin rəhbəri Mehdi Aslanov, eyni zamanda bankın data menecment ofisinin lideri Seymur Şabanlı və “Bir Ekosistem” Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən ibarət nümayəndə heyəti təmsil edib.
2018-ci ildən etibarən keçirilən konfrans bu il Las Veqas şəhərində baş tutub. 85 ölkədən 8000-dən çox iştirakçının qatıldığı tədbir “Süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunub. Proqram çərçivəsində məlumatların idarə olunması, həmçinin təhsil, maliyyə, səhiyyə və dövlət sektorunda süni intellektin istifadəsi ilə bağlı müzakirələr aparılıb.
Konfransda “Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış edən Valeh Nəbiyev “Bir ekosistem”in bu istiqamətdəki yanaşması və təcrübəsi barədə məlumat verib. “Bir ekosistem”i süni intellektin tətbiqi sahəsində unikal təcrübəyə sahibdir. Bunun üçün bizim strategiyamız, peşəkar komandamız var. Ekosistem özündə böyük təcrübəyə malik ölkənin qabaqcıl şirkətlərini əhatə edir. Hazırda bizim fəaliyyətimiz ayrı-ayrı layihələrlə yanaşı miqyaslana bilən AI transformasiyasına yönəlib. Strategiyamız rəhbər heyətdən başalayaraq vizion və vahid qaydaları, həmçinin komandaların çevik innovasiyasını özündə birləşdirir. Biz məlumatların idarə olunmasını risklərə nəzarət aləti kimi deyil, süni intellektin sürətlə və etibarlı tətbiqi üçün əsas körpü kimi görürük. Bu yanaşma ekosistemdə AI layihələrinin – müştəri xidmətlərinin avtomatlaşdırılmasından əməliyyat səmərəliliyinin artırılmasına qədər – davamlı və təhlükəsiz inkişafını təmin edir”.
Süni intellekt sahəsində dünyanın nüfuzlu tədbirlərindən biri olan konfrans, həmçinin ekosistemin nümayəndə heyətinə beynəlxalq istiqamətdə yeni tanışlıqlar, təcrübə mübadiləsi və əməkdaşlıq imkanları da qazandırıb.
Bir ekosistem ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, “m10” və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – “Vahid giriş”, “Vahid bonus”, “Vahid ödəniş” və “Vahid kredit” platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.






















































