DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
“Paşa Bank” Zakir Fərəcovu məhkəməyə verdi
“Paşa Bank” Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib.
“Azərbaycan Reallığı” xəbər verir ki, Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır.
İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.
Qeyd edək ki, “Sumqayıt Nəqliyyat-1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəcov Novruz oğludur. İcra başçsının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına da məhdudiyyət qoyulub.
Elgiz Fərəcovun adı Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində də hallanıb. Sözügedən cinayət hadisəsinə görə həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra rezonas doğuran hadisələrdə də keçib. Sonradan isə o öz işini heç nə olmamış kimi Abşeronda olduğu kimi Sumqayıt şəhərində də davam etdirib.
tribunainfo.az