Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
“Messi soruşdu ki, niyə gedirsən?” - Neymar
“Barselona”nın keçmiş hücumçusu Neymar 2017-ci ildə klubu tərk etməzdən əvvəl Messinin ona dediklərindən bəhs edib.
“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Barselona”da son həftəm idi. Messi məndən soruşdu: Niyə gedirsən? Dünyanın ən yaxşısı olmaq istəyirsən? Mən səni dünyanın ən yaxşısı edərəm”, - Neymar deyib.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da Messi ilə birgə çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 186 matçda iştirak edib, 105 qol vurub, 76 məhsuldar ötürmə edib. Braziliyalı 2017-ci ildə 222 milyon avroya PSJ-yə, 2023-cü ildə isə “Əl-Hilal” klubuna transfer olub.
Messi isə 2005-ci ildən formasını geyindiyi Kataloniya klubunu 2021-ci ilin yayında tərk edərək PSJ-yə keçib. Hazırda “İnter Mayami”də çıxış edir.























































