Xəbər Lenti
Dünən, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
23-11-2026, 17:05
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
23-11-2026, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“Neymar buna görə “Real”ı istəmədi”
“Əl-Hilal”ın hücumçusu Neymarın atası Neymar da Silva Santos oğlunun 2013-cü ildə “Santos”dan “Barselona”ya keçidindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, Silva “Jota Jota Podcast”ında “Real Madrid”in futbolçuya daha yüksək təklif etdiyini açıqlayıb.
“Barselona”ya keçid tamamilə onun (red. – Neymar) qərarı idi. “Barselona” və “Real Madrid”dən təklif almışdı. “Real”ın təklifi üç dəfə çox idi. Lakin oğlum yox dedi. Çünki o, Messi və “Barselona”nın digər oyunçuları ilə oynamaq istəyirdi. Bu onun arzusu idi”.
Xatırladaq ki, braziliyalı futbolçu 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 186 matçda iştirak edib, 105 qol vurub və 76 məhsuldar ötürmə edib.























































