Xəbər Lenti
Dünən, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
23-11-2026, 17:05
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
23-11-2026, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“Barselona” rəqibinə rəhm etmədi
İspaniya La Liqasında 19-cu turun oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Barselona” bu turda “Malyorka”nın qonağı olub.
Görüş Kataloniya təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində Ferran Torres, Frenki de Yonq, Pau Viktor hərəyə bir qol vurublar, Rafinya isə dubla imza atıb. “Malyorka”nın yeganə qolunu hücumçu Vedat Muriki vurub.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 37 xalla (16 oyuna) “Barselona” liderlik edir. “Real Madrid” 33 xalla 2-ci, “Atletiko” isə 32 xalla 3-cüdür. “Malyorka” isə 24 xalla 6-cı yerdə qərarlaşıb.























































