Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
31-05-2025, 11:31

Xəzərdə zəlzələ oldu

Sabah 36 dərəcə isti olacaq
31-05-2025, 11:21

Sabah 36 dərəcə isti olacaq

Saleh Səmədov həbs edildi
31-05-2025, 11:17

Saleh Səmədov həbs edildi

Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:13

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

Yaşıd başdaşları...
28-05-2025, 17:39

Yaşıd başdaşları...

17 Yanvar 2025 07:43Manşet / Cəmiyyət

Sumqayıtda ağır qəza, 2 ölü, 3 yaralı - Yenilənib

 

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

***

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə "Report"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.

Hadisə zamanı ölənlərin birinin şəxsiyyəti də məlum olub. Belə ki, onun 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu olduğu bildirilir.

***

Fövqəladə Hallar Nazirliyi qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in  Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hyundai Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən  "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.