Xəbər Lenti
Dünən, 21:14
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Dünən, 14:24
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Dünən, 14:20
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
15-06-2026, 17:43
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15-06-2026, 14:38
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
15-06-2026, 14:30
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
15-06-2026, 13:48
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
15-06-2026, 10:36
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
14-06-2026, 14:47
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 13:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzaladı - ISW
Rusiya və İran strateji tərəfdaşlıq haqqında saziş imzalayıb ki, bu da gücləndirilmiş hərbi əməkdaşlığı ehtiva edir və Rusiyaya Ukraynaya qarşı müharibədə kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ISW-nin hesabatında deyilir.
2025-ci il yanvarın 17-də Rusiyanın rəhbəri Vladimir Putin və İran prezidenti Məsud Pezeşkiyan hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu saziş Rusiyaya Ukraynaya qarşı müharibəsində çoxsaylı üstünlüklər təmin edir.
"Saziş müdafiə əməkdaşlığının gücləndirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi, nüvə enerjisindən istifadə və əməkdaşlıq, nəqliyyat dəstəyi və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) inkişafını əhatə edir. Həmçinin, iqtisadi və sosial sahələri də əhatə edən bu tərəfdaşlıq çərçivəsində, tərəflərdən heç biri öz ərazisindən digər tərəfin təhlükəsizliyinə təhdid yarada biləcək üçüncü tərəflərin istifadəsinə icazə verməyəcək”, - mətndə deyilir.
Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri öz hesabatlarında qeyd edirlər ki, diqqət "hərbi-texniki əməkdaşlığa” yönəlib. Bu əməkdaşlıq çərçivəsində İranın Rusiyaya "Shahed” pilotsuz uçuş aparatları və digər hərbi texnika tədarük etməsi, həmin texnikanın Ukraynadakı müharibədə istifadə olunması mümkündür.
Xüsusilə, İran Rusiyaya "Shahed” pilotsuz uçuş aparatlarının istehsalını genişləndirməkdə kömək edə bilər ki, bu da idxaldan asılılığı azaldar və davamlı döyüş əməliyyatları üçün lazımi texnikanın axınını təmin edər.
İkitərəfli saziş həmçinin Rusiyanın İranda yanacaq doldurma mərkəzləri və hərbi-dəniz bazalarının yaradılması ilə Yaxın Şərqdəki hərbi iştirakını artırmasına gətirib çıxara bilər.
"Rusiya Şimali Afrika və Yaxın Şərqdəki bəzi əməliyyatlarını dəstəkləmək üçün İranın ərazisindən istifadə edə bilər, baxmayaraq ki, İranın coğrafi mövqeyi optimal deyil və Suriyanın Rusiyanın Liviyadakı və Aralıq dənizindəki bazalarına yaxınlığı ilə müqayisə oluna bilməz. Rusiya bu sazişdən uzunmüddətli perspektivdə İranda daha daimi hərbi iştirak qurmaq üçün istifadə edə bilər. Lakin İran Qərbin daha çox sanksiya tətbiq edə biləcəyindən ehtiyat edərək belə addımlara meylli olmaya bilər”, - hesabatda deyilir.
Saziş həmçinin Rusiyanın sanksiyalardan yayınmasına və beynəlxalq məhdudiyyətlərin yaratdığı iqtisadi çətinlikləri yüngülləşdirməsinə yardım etməyi hədəfləyir. Rusiya İranla iqtisadi və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi sayəsində Qərb sanksiyalarından yan keçəcəyinə və daxili iqtisadi təzyiqləri azaldacağına ümid edir.
Əsas nəticələr:
- 2025-ci il yanvarın 17-də Rusiyanın rəhbəri Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalayıb.
- Saziş qarşılıqlı müdafiə ilə bağlı müddəalar ehtiva etmir ki, bu da Rusiyanın Ukraynadan kənarda geniş əməliyyatları dəstəkləmək qabiliyyətinin olmamasına işarə edə bilər. Bununla belə, Rusiya, ehtimal ki, Şimali Koreya kimi ölkələrlə qarşılıqlı müdafiə sazişləri vasitəsilə insan resurslarını cəlb etməyə üstünlük verir.
Alpər























































