Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

16 Ock 08:14Manşet / Gündəm / Siyasət

Prezident İlham Əliyevin müsahibəsi çoxları üçün həm də mesaj idi

 

Məşhur Məmmədov,
Millət vəkili

Ötən həftənin ən önəmli hadisələrindən biri Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi və müsahibə zamanı səsləndirdiyi fikirlər, etdiyi xəbərdarlıqlar oldu.
Lokal xarakterli antiterror əməliyyatı ilə suverenliyimizin tam bərpa olunduğunu vurğulayan dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycanın mövqeyi çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Cənab Prezident işğalda qalan 4 kəndimizin də qaytarılmasına diqqət çəkib: “Bütün anklavlar qaytarılmalıdır. Anklav olmayan işğalda qalmış dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Sülh müqaviləsi imzalanmalıdır, delimitasiya prosesi isə davam etməlidir”.
Preziden İlham Əliyevin enerji məsələləri ilə bağlı dedikləri həm də bir mesaj idi.
Bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamalıyıq. Bir çox aparıcı keçmiş neft şirkəti hətta öz adlarını da dəyişdirib enerji şirkətlərinə çevirirlər. Getdikcə yaşıl enerjiyə tələbat artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər.
Beynəlxalq Maliyyə Korporasiyası Xəzərdəki bizim potensialımızı 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. İndi imzalanmış kontraktlar və anlaşma memorandumları 10 min meqavat istehsalı nəzərdə tutur.
Ölkə başçısı Azərbaycandan qaz alan dövlətlər barədə də fikir bildirib:
“Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşuldu, müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur”.
Cənab Prezidentin qeyd etdiyi kimi, tələbat var və artacaq. Resurslarımız da kifayət qədər var. “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Bu il 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna – dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq.
Bizim layihələrimiz 5-10 illik deyil. 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq. “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” – bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər.
Elə bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır. Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə yaxındır. Amma ölkələrin əhatəsi məhz o ifadəni tamamilə haqlı edir.
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Resurs bazamız kifayət qədər böyükdür və artacaq. Avropada tələbat da mütləq artacaq. Çünki onlar nə qədər yaşıl enerjiyə keçid etmək istəsələr, yenə də təbii qaza ehtiyacları olacaq.
Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq. Xatırladım ki, Yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb.
Dövlət başçısı cəfəng açıqlamalar verənlərə də xəbərdarlıq xarakterli mesaj verdi. Əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər Azərbaycanın enerji sektorunun ölkələri üçün kəsb etdiyi əhəmiyyəti ya anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur. Sentyabr hadisələrindən sonra hətta bəziləri nəticəni düşünmədən bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Onlar unutmamalıdır ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar.
Azərbaycana qərəzli yanaşmanın böyük neqativ fəsadları ola bilər. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir.
İnteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir. Hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır. Bu, əməkdaşlıq üçün ən yaxşı yoldur.
Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır.