31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
“Apple” ucuz noutbuk hazırlayır
“Apple” şirkəti “iPhone” prosessoru ilə işləyəcək yeni və daha əlçatan qiymətli “MacBook” üzərində çalışır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, sadələşdirilmiş “iPhone” çipi ilə təchiz ediləcək bu modelin 2026-cı ilin ilk yarısında təqdim olunması planlaşdırılır. Yeni noutbuk kompakt dizaynı və planşet rahatlığını üstün tutan istifadəçilər üçün nəzərdə tutulur.
Qurğunun qiymətinin 1000 dollardan aşağı olacağı ehtimal edilir. “Apple” hazırda “iPad” və “Magic Keyboard” paketinin birgə qiymətini təxminən 600 dollar səviyyəsində saxlayır və yeni modelin də bu seqmentdə rəqabət aparacağı gözlənilir.
Əsas fərq ondan ibarətdir ki, bu noutbuk “iPadOS” deyil, “macOS” əməliyyat sistemi ilə çalışacaq. Beləliklə, yeni cihaz daha uzun batareya ömrü və planşetlə müqayisədə yüksək funksionallıq təklif edəcək.























































