Həyatla ölüm arasında ümid körpüsü: Təcili Tibbi Yardımın fədakar həkimi Lalə Məmmədova
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Xalqa xidmət, sözə sədaqət və vətənə dəstək nümunəsi – Həkim-stomatoloq, AYB və AJB üzvü Təyyar Yəhyayev
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
2026-cı ilin dəbi, yeni trendlər, kişilərin qarderob seçimi - Tanınmış modelyer-dizaynerlə MÜSAHİBƏ
Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib
Arzu Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzindən paylaşım edib
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Sərhəddə toqquşma: Azərbaycan Ermənistanın dərinliklərinə nüfuz edə bilər - TƏHLİL
Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə ərzaq yükü göndərməsi, keçid üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqlar aparmasının fonunda Ermənistanla şərti sərhəddə vəziyyət qızışdı.
Ermənistanın Azərbaycanla şərti sərhədin Kəlbəcər istiqamətindəki təxribatı, aldığı adekvat cavablarla itkilər verməsi regiondakı alovların üzərinə benzin tökülməsinin nəticəsidir.
Diqqət edə biləcəyimiz məqamlar:
- Arayik Arutyunyan Qarabağdakı qondarma vəzifəsindən “istefa” verir: bunun həm Rusiya, həm Qərb üçün sərfəli olmayan tərəfləri var;
- Ermənistan bundan və Fransanın regionda aktivləşmək cəhdlərindən vəcdə gələrək sərhəddə təxribata gedir;
- Ermənistan Azərbaycan mövqelərinə qarşı zərbə PUA-ları tətbiq etməklə müdafiə sənayesi sahəsində irəlilədiyini göstərir və bununla regiondakı vəziyyətə təsir edə biləcəyi xəyallarına qapılır;
- Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə gözlənilən görüşü öncəsi Bakı-Ankara strateji müttəfiqliyinin Moskva və Qərblə münasibətlərini gərgin vəziyyətə salmaq üçün oxlar atılır.
Vəziyyətin dramatikləşməsi gözlənilən bir situasiyadırsa, Azərbaycanın da təxribatlara genişmiqyaslı cavablar verməsi bir o qədər realdır.
Ermənistan-Azərbaycan şərti sərhədindəki toqquşma delimitasiya prosesinə dair diplomatik-siyasi danışıqları arxa plana ataraq güc tətbiqi variantını gündəmə oturdur.
Bəli, təxribatlar davam etsə, Azərbaycan sərhədlərin delimitasiyası üçün lazım olan daha bir səddi hərb yolu ilə keçib yeni mövqelərdə yerləşə bilər.
Regiondakı tablonu qarışdıra biləcək başqa bir ölkə isə İrandır, xüsusilə Tehranın Yaxın Şərq regionunda fəallaşmasının nəticələri Cənubi Qafqazda da izlər buraxa bilər.
Ermənistanın niyə ruhlandığı indi daha aydın ola bilər - İrəvan yuxarıda qeyd edilənlərlə yanaşı, İranın aktivlik fazasını yeniləməsini özünün Cənubi Qafqazdakı işğalçı maraqları üçün zəmin hesab edir. Ermənistanın regiondakı provokasiyasından sonra Hindistan da İrəvan üçün xeyirli tezislərini səsləndirməyi sürətləndirə bilər.
Ancaq Ermənistanın zənlərinin yenə onu yanıldacağı dəqiqdir, lakin bu vaxt aralığında qlobal oyunçular gərgin situasiyanı “həll etmək” yarışına girişəcəklər. Belə vəziyyət sülh gündəliyinə mənfi təsirlər göstərə biləcək elementləri özündə daşıyır.
Ermənistanın zərbə PUA-larına gəlincə, bu, strateji nəticələrə təsir edə biləcək potensiala malik deyil. Çünki Azərbaycanın arsenalında daha müasir zərbə PUA-ları, ən müasir raketlər mövcuddur. Azərbaycan elit qüvvələri ilə yanaşı, həmin silahları da Ermənistanın lazım olan dərinliklərinə qədər nüfuz etdirib yeni reallıq ərsəyə gətirə bilər.
Aqşin Kərimov























































