Menu
Xəbər Lenti
19 Ara 17:39Siyasət

Sərdar Ünsal: Türkiyə haqlı mübarizəsində bundan sonra da Can Azərbaycanın yanındadır

Azərbaycan Respublikasında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı təcavüzkar Ermənistanın otuzillik işğal düşüncəsindən geri çəkilmədiyini bir daha təsdiqləyir. Terrorçu Ermənistan, onun rəhbərləri və bütün revanşist qüvvələr unutmamalıdırlar ki, “Dəmir yumruq” hər an yenidən işə düşə bilər və Türkiyə haqlı mübarizəsində bundan sonra da bütün gücü ilə Can Azərbaycanın yanında olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib.

Azərbaycanın üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yolun tikintisi ilə bağlı üzərinə düşən bütün addımları atdığını, uzunluğu 32 kilometr olan yolu tamamladığını, Ermənistanın isə bu günə qədər məsələ ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini diqqətə çatdıran tədqiqatçı deyib: “Baş verənlərdən dərs almaq, nəticə çıxarmaq ağıl və dərrakəyə bağlıdır. İşğalçı Ermənistanın bütün təbəqələri anlamalıdırlar ki, türk xalqları üçün bütöv Vətən anlayışı ana torpağın bir qarışı hər zaman eyni anlam daşıyıb. Azərbaycan nəinki qiymətli yataqlarını, bir ovuc torpağını da işğalçıya, talançıya güzəştə getmək niyyətində deyil. Üzümü talançılara tutub deyirəm: Həqiqəti dərk edin! 1990-cı illər bir daha geri qayıtmayacaq. Bu gerçəyi bölgədəki Rusiya sülhməramlılarına komandanlıq edənlər də başa düşməlidirlər. Sülhməramlı qüvvə heç kəsin, xüsusilə də işğalçı və talançının tərəfini tuta bilməz. Əks halda, bunun özü də talançının cinayətinə şərik olmaq deməkdir”.