Xəbər Lenti
Dünən, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
Dünən, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 10:29
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 09:55
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 13:46
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 13:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 13:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
29 Dekabr 2022 03:06Siyasət
Sərdar Ünsal: Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çağırışları qəlbimizin səsidir
Prezident İlham Əliyevin bütün fəaliyyətini diqqətlə izləyir, dəstəkləyir və hər addımda həmrəy olmaqdan şərəf duyuruq. Azərbaycan dövlət başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə etdiyi çağırışlar qəlbimizin səsdir. Ermənistanı müxtəlif illərdə məcburən tərk edib Türkiyədə məskunlaşan soydaşlarımız da bu mübarizədə sonadək Azərbaycanın yanındadırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib.
Əslən İrəvandan olan soydaşımız Sərdar Ünsal deyib: “Birinci Dünya savaşının sonlarında bütün bölgəmizə qan davası gətirən erməni silahlı birləşmələri, sonrakı illərdə isə təcavüzkar Ermənistan zaman-zaman, bütün siyasi şəraitlərdə fərqli formada xalqımıza qarşı bəşəri cinayətlər törədiblər. İşğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində dədə-baba yurdunu tərk edən soydaşlarımız Anadolunun dörd bir tərəfinə, buradan da Avropa ölkələrinə səpələniblər. Təxminən yüz ili aşan bu zaman kəsiyində ilk dəfədir ki, bu acı gerçəklər rəsmi qaydada dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.
Dədə-baba yurdlarına qayıtmaq, haqq səsini bütün dünyaya çatdırmaq məsələsində Qərbi Azərbaycandan olan soydaşlarımızla birlikdə mübarizə aparacaqlarını diqqətə çatdıran Sərdar Ünsal məlumat verib ki, onun doğmaları erməni silahlı quldur dəstələrinin basqılarına davam gətirə bilməyərək 1920-ci ildə İrəvan şəhərindəki Təpəbaşı məhəlləsində yerləşən dədə-baba yurdlarını tərk ediblər. Doğmalarından ona acılı-şirinli çoxlu xatirələr qalıb.
Xatırladaq ki, tədqiqatçı-yazar Sərdar Ünsalın qələmə aldığı “Ürəyim İrəvanda qaldı” romanı saxta “erməni məsələsi” mövzusunda Türkiyədə böyük əks-səda verən əsərlər sırasındadır.