Xəbər Lenti
Dünən, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
1-10-2026, 12:04
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Şamaxıda şəhid Sadiq Kərimovun xatirəsi yad olunub

Şamaxının Ovçulu kəndində Sadiq Haqverdi oğlu Kərimovun Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümündə xatirəsi ehtiramla anılıb. Şəhidin uyuduğu kənd qəbiristanlığında keçirilən anım mərasimində kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Sadiqin əsgər yoldaşları, məktəblilər, şəhidin yaxınları iştirak ediblər.
Mərasim iştirakçıları Ovçulu kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üstünə əklil və tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.
Çıxışlarda 2 il öncə oktyabrın 24-də şəhidlik zirvəsinə ucalan Sadiq Kərimovun qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, havadarlarına güvənən işğalçı erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Sənan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Şəhidin atası Haqverdi Kərimov onlara göstərilən diqqət və qayğıya görə ailəsi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Mərasim iştirakçıları şəhidin ata ocağında salınan xatirə guşəsinə də baxıblar. Guşədə təqdim olunan fotolar və sənədlərə kənardan hüznlə baxan Sadiqin anası Ruhəngiz Kərimova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “İki bacı, iki qardaş idilər. Sadiqim subay idi. Bir oğul kimi torpaqlarımızı düşməndən azad etməyə getmişdi. Hər dəfə xoş sorağı gəlirdi. Bu dəfə şəhid oldu. Sadiqim ailəmizə, Azərbaycanımıza layiqli bir oğul kimi əbədiyyətə qovuşdu. Onunla fəxr edirəm”.
Qeyd edək ki, Sadiq Kərimov 2000-ci il dekabrın 1-də Şamaxının Ovçulu kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2019-2020-ci illərdə həqiqi hərbi xidmət keçib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən Sadiq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılıb, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə cəsarətlə vuruşub. Təəssüf ki, oktyabrın 24-də Füzuli uğrundakı döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.






















































