Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

15 Kas 11:15Manşet / Gündəm / Siyasət

Ədliyyə sistemi günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır

 

22 noyabr-Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105-i idönümüdür.  


 


 Aərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına reallaşıb. Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.


Artıq 23 ildir ki, ədliyyə və məhkəmə orqanlarının peşə bayramları böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.   Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.


Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir.  Bu bayram  ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda,   çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını 23 ildən sonra  biz ədliyə işçiləri olaraq  yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq. Böyük Vətən Müharibəsinin qalibi kimi, həm də peşə bayramımızı şanlı qələbə ilə möhtəşəm  şəkildə qeyd edirik biz ədliyyəçilər. Bu gün ölkəmizdə ədliyyə  sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Azərbaycanın bütün ədliyyə işçiləri dövlət  başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında  böyük rol oynadı. 


 Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılır,  ədliyyə orqanlarının fəaliyyəti genişləndirililir,  bu sahədə yeni iş metodları, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilir,  ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir. Ədliyyə sistemi məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır. Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyət göstərir, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycan bayrağının işğaldan azad olmuş Ağdərədə, Əsgəranda və eləcə də Xankəndidə ucaldılması həqiqətən də ədliyyə işçiləri olaraq hər birimiz üçün çox böyük, tarixi və mənəvi hadisədir. Bu, Azərbaycanın uzun illərdir ki, işğal altında qalan tarixi torpaqlarının nəhayət ki, azadlığa qovuşması, yenidən Azərbaycan dövlətinin nəzarəti altına keçməsi deməkdir. Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız bizim üçün  xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bu, həm də vətənimizin, dövlətimizin bütövləşməsi deməkdir. Ədliyyə işçiləri Vətən müharibəsinin ilk günündən dövlətimizlə, ordumuzla həmrəylik nümayiş etdirmişlər.  Eyni zamanda informasiya savaşında mübarizə apararaq Azərbaycanın ədalətli mübarizəsinin, haqq işinin təbliğ olunmasında, xüsusilə mənfur düşmən Ermənistanın işğalçılıq siyasətinin, müharibə cinayətlərinin ifşa olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında yaxından iştirak edərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər.  Azərbaycan Ordusu öz müzəffər yürüşü ilə qəhrəmanlıq salnaməmizdə  yeni şanlı səhifələr yazdı. O səhifələr ki, baxdıqca baxmaq, oxuduqca oxumaq istəyirsən. Bu qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir.  Ədliyyə işçisi olaraq mən də  xalqımızı  22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı,    münasibətilə təbrik edir, onlara  qanu­nun aliliyinin, insan haqla­rının təmin olunması işində müvəffəqiyyətlər, uğurlar arzulayıram.  Vətən müharibəsində 100-dən çox ədliyyə və məhkəmə işçisi, o cümlədən könüllülər iştirak edərək fədakarlıq göstərdiklərinə görə ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunublar.  Bu il də ədliyyə işçiləri olaraq 22 noyabr   peşə bayramımızı  böyük ruh yüksəkliyi ilə qeyd edirik. Peşə bayramımızı  böyük ruh yüksəkliyi ilə qeyd edən biz ədliyyə işçiləri ölkəmizin  inkişafına uyğun olaraq öz vəzifəmizi hər zaman layiqincə yerinə yetirmək, bundan sonra daha məsuliyyətlə çalışmaq əzmindəyik. Ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində hər birimiz möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırıq.  Daha əzm və ədalətli çalışacağımıza inam hissi ilə bütün ədliyyə işçilərini qarşıdan gələn 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! Əminəm ki, biz ədliyyə işçiləri olaraq bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və bu sahədə əldə etdiyimiz nailiyyətlərlə  Azərbaycan ədliyyəsinin 105 illiyinə böyük töhfələr verəcəyik.   


 

Rəna Axundova


Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi