Xəbər Lenti
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
10 Fevral 2023 02:38Dünya
İtaliya Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yardım üçün 11 milyon avro ayırır
İtaliya Nazirlər Şurası Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərdən zərərçəkənlərə yardım üçün 11 milyon avro ayrılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Şurasının son iclasının yekunları ilə bağlı dərc edilmiş sənəddə deyilir.
“Nazirlər Şurası Türkiyə və Suriyada baş vermiş zəlzələlərlə əlaqədar altı ay müddətinə xaricdə əməliyyatlar üçün fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul edib” - mətndə bildirilir: “Əhaliyə təcili yardım üçün 11 milyon avro məbləğində vəsait ayrılıb”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 10 vilayətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 17 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.