Xəbər Lenti
Dünən, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
1-10-2026, 12:04
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Bakı və İrəvana təkliflər verdik: detallar isə... – Zaxarova

Rusiyanın sülh müqaviləsinin bağlanması ilə bağlı hərtərəfli təklifləri Ermənistan və Azərbaycana təqdim edilib.
Regionmedia.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya onun müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir. Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya verilib. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Bizim rolumuzu şübhə altına almağa, hərəkətsizliyimizdən danışmağa çalışanlar mənə elə gəlir ki, arzularını reallığa çevirməyə çalışırlar”, - o bildirib.
Zaxarova qeyd edib ki, Rusiya praktiki işlə məşğuldur:
“Və Rusiya bunu hansısa tarix və ya hansısa gözəl format üçün deyil, konkret nəticələri birləşdirəcək şəkildə edir. Rusiya heç bir xüsusi reklam fəaliyyəti ilə məşğul deyil, bunun altında heç nə yoxdur. Sülh müqaviləsi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, açığını desək, davam edən danışıqların təfərrüatını açıq şəkildə şərh etməyi yersiz hesab edirik. O ki qaldı Bakı və İrəvanın mövqeyinə, bu suallar daha çox, onlara ünvanlanmalıdır. Amma biz nəticəyə köklənmişik”.






















































