Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
"Rəsul Rzanın poeziya dünyası və fəlsəfəsi" adlı ədəbi-bədii görüş keçirilib.
Göyçay rayonunda "Rəsul Rzanın poeziya dünyası və fəlsəfəsi" adlı ədəbi-bədii görüş keçirilib. Rəsul Rza adına ev muzeyində təşkil edilən görüşdə yazıçı -puplisist, AJB-nın üzvü, "Qızıl qələm" və "Ali Media Mükafatı" laureatı, "Ədalət" qəzeti baş redaktorunun regionlar üzrə müavini Məzahir Əhmədoğlu, şair - puplisist, pedaqoq, Əməkdar müəllim, AYB-nın üzvü Adil Məmməd, tarzən - pedaqoq Rövşən Zamanov, müstəqil jurnalist, araşdırmaçı Günel İsayeva, televiziya işçisi, prodüser, kinoman Vasif Ayan, tərcüməçi Mürsəl Zamanov və muzeyin əməkdaşları iştirak edib. Tədbiri bəlağətli giriş nitqi ilə açan Adil Məmməd Rəsul Rza yaradıcılığına nəzər salaraq onun ədəbi - bədii külliyyatının dərin xəzinə olduğunu bildirdi. Lirik-epik səpkidə yazdığı şeirlərinin çoxunda dərin fəlsəfə, zəngin mədəniyyət, ülvi sevgi varlığını, eləcə də çatışmazlıqları hədəfə alan sətiraltı məna yatdığını nümunələr əsasında diqqətə çatdırdı. Rəsul Rzanı Azərbaycan ədəbiyyatının görkəmli simalarından sayan pedaqoq onun yaradıcılığının böyüklüyünü indiyə qədər aparılan çoxsaylı filoloji təhlilərdə fərqli nüans və yeniliklərin üzə çıxmasında, dərin fəlsəfi məzmun daşıması ilə əlaqələndirdi. Poeziyasının əsasən vətənpərvərlik, sevgi və fəlsəfi məzmun daşıdığını qeyd edən, Rəsul Rzanın yaradıcılıq və şəxsiyyətindən söz açan jurnalist Məzahir Əhmədoğlu da onunla bağlı xoş xatirələrindən danışdı. Rəsul Rza və həyat yoldaşı Nigar Rəfibəylinin bir-birinə olan saf sevgisi, Göyçayda keçirdiyi görüşlər, etdiyi söhbətlər və xoş düşüncələri barədə gerçək faktlar əsasında söhbət açdı, o dövrə qısa tarixi ekskursiya etdi. Digər iştirakçılar da görüşdə Rəsul Rza yaradıcılığına işıq salıb, onun ədəbiyyat tarixində tutduğu mövqedən söhbət açdılar. Qeyd edək ki, ədəbi-görüş məşhur tarzən, pedaqoq Rövşən Zamanovun tarda ifaları ilə müşahidə edilirdi. Tarzən Rəsul Rza şeirlərinə bəstələnən musiqiləri tarda dilləndirərək söhbətə xoş ovqat qatırdı.
Sonda iştirakçılar ədəbi-bədii görüşü xatirə şəkli ilə əbədiləşdirdi.
Günel İsayeva AZADTV-nin xüsusi müxbiri




























































