Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

13 Mrt 08:00Manşet / Gündəm / Siyasət

44-günlük muharibə, Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusu

 

Azərbaycan Ordusu zəngin və şərəfli bir tarixə malikdir. Əsası 1918-ci il 26 iyun tarixi ilə qoyulmuş bu Ordu tariximizə şanlı səhifələr yazmış və bu gün də qüdrət və əzəmətini saxlamaqdadır. Bəs, milli ordunun əsası hansı tarixi şəraitdə qoyuldu? Azərbaycan Xalq Cumhuriyyəti müstəqil dövlət olaraq silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. 1918-ci ildən başlayaraq ermənilər yaranmış gərgin vəziyyətdən istifadə edərək, bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi oldu.


Xalq Cumhuriyyətinin devrilməsi nəticəsində ordu quruculuğu prosesi müəyyən bir zaman kəsiyində yarıçıq qaldı. Lakin 1969 cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev bu prosesin qarşısıalınmaz olduğunu bir daha sübut etdi. Onun respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində attığı addımlar 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin əsasının qoyulması, azərbaycanlılarım hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzitələrə irəli çəkilməsi, Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasətin davam etdirilməsinə şərait yaratdı. Müasir Azərbaycan ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Vətənimizin qorunmasının, işgal altında olan torpaqlarımızım azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu Öndər tez- tez səngərlərdə oldu, əsgər və zabitlərlə şəxsən görüşdü, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atdı. Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərtlərlə yazılan Horadiz Əməliyyatı baş tutdu və 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kandi. Horadiz qəsəbəsi işçılıdan azad edildi.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ilin mayın 22-də imzaladığı fərmanla iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edildi. Ulu Öndər dövlət quruculuğunun bütün sahələrində həmçinin, ordu quruculuğu sahəsində böyük uğurlar əldə etdi . Az bir vaxtda yaratdığı bu qüdrətli dövləti və onun ordusunu özündən sonra namizədliyinə böyük qürur və inamla etibar etdiyi İlham Əliyevə əmanət etdi. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin istəyi ilə Prezident seçilmiş cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən biri,  Azərbaycan dövlətinin birmənalı mövqeyi olaraq bəyan etmişdir: "Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar"


Belə bir sülhpərvər siyasətə rəğmən dövlət başçısı hər il müdafiə xərclərinin artırılmasına, Silahlı Qüvvələrin müasir cəbbəxana və modern texnika ilə təchiz edilməsinə xüsusi diqqət yetirirdi. Çünki söhbət müstəqil dövlətin ərazi bütövlüyünün bərpasından,yurd-yuvasından didərgin düşən Azərbaycan vətəndaşının öz doğma torpaqlarında yaşamaq istəyi kimi təbii hüquqlarının təmin olunmasından gedirdi . Müasir əzəmətli Ordumuzun uğurlarını mərhələrə bölsəki ordu quruculuğundan başlayıb bu günə qədərki tarixə nəzər salmalıyıq.


Ordu quruculuğu prosesində xeyrimizə işləyən ham maddi ham da sırf psixoloji maqamlardan biri də Ermənistandan farqli olaraq, Azərbaycan Silahlı Qüvvalarının maddi taminatinı öz potensialı hesabına ödəməsidir. 2004-cü ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi ildən-ilə hərbi təyinatlı məhsulların istehsalinı artırır. Azərbaycanda hərbi sahədə yerli istehsala böyük diqqət verilir. Hərbi zavodlarımızda 750 adda məhsul istehsal edilir. Bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbara atanlar, aviasiya bombaları, zirehli maşınlar, sanyper tüfəngləri, pilotsuz təyyarələr istehsal edilir. Düşmənlərimiz bu sahədə də tamamilə əcnəbi "donorlardan” asılıdırlar. Əlamətdardır ki, Azərbaycan hərbi sursat istehsalını tamin etmək məqsədilə bu sahədə məşhur dünya şirkətləri ilə əməkdaşlıq etməklə yanaşı müəyyən sursat növlərinin satışı və veni bazarların axtarışı ilə də fəal məşğul olur. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Ordumuzda vətənpərlik ruhu yüksək olduğu kimi hərbi hazırlıq məsələləri də daim diqqətdə saxlanılır. Müasir tələblərə uyğun ordu formalaşdırmaq üçün NATO ilə əməkdaşlığı gücləndirən Azərbaycan ordu quruculuğu istiqamətində islahatlar dünya təcrübəsindən yararlanmaqla davam etdirilir. Xaricdən ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik müasir silah-sursat, döyüş helikopterləri. döyüş təyyarələri alır. Hərbi məhsullarımızın ixracı Azərbaycanın dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində dəfələrlə iştirakı və öz məhsullarını böyük ugurla nümayiş etdirməsı ölkənizin hərbi potensialını göstəricisidir. Elə buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqı öz gücünə güvəndi, ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsinə arxalandı.  “Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bu günkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Bunu hamımız yaxşı bilirik, dünya da artıq bilir ki İravan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın güclü iqtisadiyyan sabitliyi, maliyyə baxımından başqa ölkələrdən asılı olmaması göstərir ki, heç bir kənar qüvvə qüdrətli Azərbaycana öz iradəsini diktə edə bilməz. Azərbaycan torpaqlarının qorunması uğrunda canından keçməyə hazır olan bir xalqın yurdu düşmən tapdağında qala bilməzdi. 2016-ci il Aprel hadisələri  torpaqlarımızın işğaldan azad olunmasında ilk addım oldu. O günlərdə dünya Azərbaycan ordusunun Azərbaycan oğullarımın rəşadətinə heyran qaldı. Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Azərbaycanın mövqeləri və yaşayış məntəqələri bütün cəbhə boyu Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə güclü artileriya atəşinə tutuldu , Azərbaycan silahlı Qüvvələrının komandanlığı bu hücumun qarşısını alınması mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Ağdərə Tərtər Ağdam va Xocavənd Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinın keçirilməsi barədə qərar qəbul etdi Döyüş nəticəsində Goranboy rayonu va Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, həmçinin Seysulan məntəqəsi azad olundu. Füzuli rayonu istiqamətində geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ təpə yüksəkliyi də Azərbaycan ordusunun nəzarəti altına keçdi. Beləliklə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Beynəlxalq qurumların müraciətləri və öz sülh sevər siyasətinin nəticəsi olaraq Azərbaycan dövləti hərbi əməliyyatları birtərəfli qaydada dayandırdı. Həmin hadisələr göstərdiki başqalarının himayası altında "qüdrətli ordu" ya malik olduğu mifini yaradan işğalçı Ermənistan Azərbaycanın qüdrətli ordusu qarşısında acızdır. Ali Baş Komandanımız dönə-dönə və qəti şəkildə bəyan etdi.Azərbaycan torpağına edilən təcavüz cavabsız qalmayacaq və bunu etməyə qadir ordumuz var. Bəli, dünyanı idarə edən böyük güclərdir. Amma, o gücləri idarə edən düha və vətən eşqi olur. Bu nöqteyi nəzərdən Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki, bu ordunu idarə edən dühası, yəni Ali Baş Komandan bu Komandanın əmri ilə hər an döyüşə hazır Mübariz xislətli oğulları var.


2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələri bütün təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini və cəbhə xətti yaxınlığındakı mülki yaşayış obyektlərini artilleriya və digər ağır silahlardan atəşə tutdu. Nəticədə bir neçə mülki şəxs, o cümlədən iki uşaq həlak oldu. Hərbçilərimiz arasında da itkilər var idi. Artıq xalqımızın səbir kasası dolmuşdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları başlandı. Müharibə başlayan gün, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. Müraciət bu sözlərlə başa çatırdı:Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala


son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq


işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"


Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır, düşmənə, sözün həqiqi mənasında, hərbi "dərs" keçirdi. Düşmənin öyündüyü və arxalandığı "OSA", "S-300", "TOR" qurğularının böyük hissəsi müharibənin ilk günlərindəcə məhv edildi. Nəticədə Qarabağ səmasında Azərbaycan şahinləri böyük üstünlük əldə etdilər.


Düşmən tərəfi ilk günlərdən geri çəkilmələrini "taktiki gediş" adlandırır, guya Azərbaycan Ordusuna dağlıq ərazilərdə zərbə endirəcəklərindən dəm vururdular. 2020-ci il oktyabrın 3-dən 17-dək davam edən bu əməliyyata Azərbaycan Ordusunun generalları: Mais Bərxudarov və Hikmət Mirzəyev rəhbərlik edirdi. Cənub-qərb istiqamətində düşmənə ağır zərbələr endirən ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini və bir neçə kəndi işğaldan azad etdi. Cəbrayıldan şimala yönələn hərbi birləşmələrimiz tarixi "Turan taktikasını" tətbiq edərək düşmənin 12 minlik hərbi qruplaşmasını mühasirəyə aldı.


Ermənistan ordusu bölmələrinə sarsıdıcı zərbə endirildi. Canlı qüvvə baxımından böyük itkilər verən düşmən hərbi texnikalarını da döyüş meydanında atıb qaçdı. Təkcə bu əməliyyatda 27 düşmən tankı qənimət kimi ələ keçirildi, onlarla hərbi texnika isə məhv edildi. Vətən müharibəsində Ermənistan işğalından azad edilmiş ilk rayon mərkəzi olan Cəbrayıla qələbə bayrağı sancıldı.


Oktyabrın əvvəllərində Ağdərə istiqamətində düşmənə zərbə endirən qoşunlarımız buradakı böyük strateji əhəmiyyətə malik Madagiz (Suqovuşan) yaşayış məntəqəsini azad etdi. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məntəqənin adı Suqovuşan adlandırıldı. Ermənistan tərəfi isə bütün bu məğlubiyyətləri "taktiki geriçəkilmə" adlandırır, həlledici zərbə endirəcəkləri barədə məlumat yayırdı. Oktyabrın 9-da Hadrut qəsəbəsi düşməndən təmizləndi. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi.


Nəhayət, oktyabrın 17-də müzəffər Azərbaycan Ordusunun Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərindən mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad edildi. Artıq Zəngilana və Qubadlıya da yol açılmışdı. Uğurla başa çatan Füzuli əməliyyatı ilə ordumuz düşmən üzərində həm də mənəvi-psixoloji qələbə qazandı.


Düşmənin uydurduğu və uzun illər təbliğ etdiyi "məğlubedilməz erməni ordusu" haqqındakı mif bir neçə gün içərisində elə dünyanın gözü qarşısında rəşadətli Azərbaycan Ordusu tərəfindən yox edildi. Artıq Azərbaycan əsgərinin ayaq səslərini eşidən kimi işğalçı düşmən ordusu döyüş mövqelərini qoyub qaçırdı. Ermənistan ordusunda idarəçilik itmiş, fərarilik kütləvi hal almışdı. "Məğlubedilməz ordu"nun zabitləri isə baş alıb gedən fərariliyin qarşısını almağın çıxış yolunu əsgərlərini postlara zəncirləməkdə görürdülər. Ermənistan rəhbərliyi isə hərbi əməliyyatların gedişi haqqında doğru-düzgün məlumat vermədən öz xalqını aldatmaqla məşğul idi. Füzuli əməliyyatından az sonra Zəngilan-Qubadlı istiqamətində düşmənin daha bir hərbi birləşməsi müzəffər ordumuz tərəfindən darmadağın edildi. Oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də isə Qubadlı rayonu işğalçılardan təmizləndi. Azərbaycan Ordusu bu addımları ilə BMT-nin qəbul etdiyi, lakin 30 ilə yaxın keçən dövr ərzində icra olunmayan qətnamələrini də bir-birinin ardınca yerinə yetirməkdə idi.


Cəbhədə, döyüş meydanında sarsıdıcı məğlubiyyətlərdən və verdiyi böyük itkilərdən azğınlaşan düşmən Azərbaycanın mülki yaşayış məntəqələrini, dinc əhalini hədəfə almağa başladı. Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan və müharibə zonasından uzaqda yerləşən Gəncə şəhəri qadağan edilmiş raketlərlə atəşə tutuldu. Nəticədə 10 nəfər dinc sakin həyatını itirdi, 35 nəfər yaralandı. Ümumiyyətlə, hərbi cinayətlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı və evsiz-eşiksiz qaldı. Sonrakı günlərdə mənfur düşmən Bərdə və Tərtərə də qadağan olunmuş silahlarla hücum etdi.


Vətən müharibəsində Azərbaycan Ordusunun şah əsəri Şuşa əməliyyatı oldu. Düşmən Qarabağımızın gözü sayılan bu şəhəri təxminən 1500-2000 nəfərlik qüvvə və çoxsaylı hərbi texnika ilə müdafiə edirdi. Onlar Pənahəli xanın tikdirdiyi qala-şəhərin alınmazlığına əmin idilər. Lakin general Hikmət Mirzəyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri doğma Şuşanı azad etməkdə qərarlı idi. Onlar cəmi 400 nəfərlik dəstə ilə əsas yoldan deyil, düşmənin ağlına belə gəlməyəcək bir istiqamətdən – sıldırım qayalıqlardan dırmaşaraq şəhərə daxil oldular. Yalnız yüngül silahlarla silahlanmış qəhrəman əsgərlərimiz 4 tərəfdən düşmənin içərisinə ustalıqla sızaraq əlbəyaxa döyüşdə Ermənistan ordusunun qüvvələrini məhv etdilər. Döyüşçülərimizdə vətən sevgisi o dərəcədə alovlu idi ki, sanki bu döyüşdə mərd oğullarımız mənfur düşməndən Xocalı soyqırımının qisasını alırdılar . Düşmən yüzlərlə döyüşçüsünün cəsədini döyüş meydanında qoyaraq qaçmağa məcbur oldu. 2020-ci il noyabrın 8-də Şuşa düşmən tapdağından azad edildi. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan, Ermənistan rəhbərləri üçtərəfli bəyanat imzaladı. Hərbi əməliyyatlar dayandırıldı. Bu bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirən sənəd idi.


Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, 2020-ci ildə noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər , dekabrın 1-də isə  Laçın  bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. Itki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin pragmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.Füzulimizi, Zəngilanımızı, Qubadlımızı. Ağdamımızı,Kəlbəcərimizi,      Laçınımızı, Hadrutumuzu, Suqovuşanınızı Suşanızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır. Baxmayaraq ki, hər bir müharibədə ordu üçün hücum etmək kımı taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmadı ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz geri çəkilsin. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan Ilham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni,Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca musbat təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvəndən və qələbəyə inamından qanaqlanırdı.Ali Baş Komondanlığın rəhbərliyi ilə şücaətli, qalib ordumuzun əzəmətinə 2020-ci ilin dekabrın 10-da keçirilən Zəfər paradında dünya heyran qaldı. Bu gün də Ordumuz əzəməti cəsarəti ilə seçilir.


Müharibəni təkcə siyasətçilər, hərbi güc, müasir texnika yox, eyni zaçanda parta arxasından duran gənclər qazandılar.


Bu mənada qürur hissi ilə deyə bilərik ki, məktəbimizin fəxrləri olan Hüseynzadə Həmidağa, Əliyev İmran, Əliyev Rauf, Rzayev Mirsəfa, İsmayılov Emin, Manafov  Qiyasın da bu qələbədə biz başa payı var. Adını eşidəndə ermənilərin qorxuya düşdüyü Həmidağa Murov uğrunda gedən döyüşlərdə şəhid oldu və ürəklərdə Murov yüksəklikdə əbədi abidə qoydu.


Düşmən məğlub olsa da yenə də təcavüzkar , xain xislətindən əl çəkmir, hər vasitə ilə sülh danışıqlarını müxtəlif bəhanələrlə ləngidir.


Azərbaycan ordusu yenə də ayıq-sayıq  öz mövqelərini qoruyur, hər an Ali Komandanın əmrini gözləyir.2023-cü il 19-20 sentyabr tarixlərində antiterror əməliyyatları nəticəsində cəmi 23 saatlıq əməliyyatlar nəticəsində Azərbaycan ordusu 90-dan çox döyüş mövqeytini nəzarət altınba alaraq,ərazisində qeyri qanuni  erməni qruplaşdırmalarının zərərləşdirilməsi prosesini həyata keçirdi.


Oktyabırın 15-də Xankəndinə Azərbaycan bayrağı ucaldılması Azərbaycan xalqı üçün əsl bayrama çevrildi. Doğrudur, biz tariximizin çox böyük bir qələbəsini qazanmışıq. Ancaq hələ ki, silahları müzeylərə verməyin vaxtı deuil. Çünki, mənfur düşmən bu gün də silahlanır, havadarlarlı tərəfindən şirnikləndirilir. Bu hərəkətlərinə də Müzəffər Alı Baş Komandanın  Xəbərdarlığı var:            


“Ermənistan bilməlidir ki,  o “Dəmir yumruq” bu gündə  yerindədir”.


 

Bərxudar Bərxudarov

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru