Xəbər Lenti
Dünən, 12:45
Fəaliyyəti ilə nümunə göstərilən rəhbər – 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov
Dünən, 12:28
Zəhmətkeş və məsuliyyətli rəhbər – Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev
Dünən, 08:59
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dünən, 08:50
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
28-12-2025, 11:59
Dünya və Avropa Cempiyonu Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hakimlər Kollegiyasının sədri Güloglan Cabbarlı
28-12-2025, 08:52
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
28-12-2025, 08:29
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
28-12-2025, 08:08
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
27-12-2025, 14:55
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
27-12-2025, 14:23
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
27-12-2025, 08:16
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
26-12-2025, 20:25
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
26-12-2025, 20:20
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
26-12-2025, 20:11
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
26-12-2025, 20:06
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
26-12-2025, 19:57
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
26-12-2025, 14:36
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
25-12-2025, 16:15
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Heydər Əliyev və Milli Ordu

Müasir Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dövlətin müstəqilliyinin qorunmasında ordunun müstəsna rolunu qeyd edən Ulu Öndər öz çıxışlarının birində demişdir: “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır. Ordu olmalıdır, ona görə yox ki, biz hansısa dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün də gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.”
Məlumdur ki, keçən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək, Şərqdə ilk dəfə demokratik dövlət qurdu. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə-Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Ulu Öndər Azərbaycan ordusunun varislik məqamını vurğulayaraq demişdir: “XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir.”
Tarixdən bəllidir ki, 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesi də dayandırıldı. Yalnız 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı.
Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Heydər Əliyev qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olmaqla, bu günkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu.
Ümummilli Liderin dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də Azərbaycan xalqı qarşısında müstəsna və ölçüyəgəlməz xidmətləri barədə bəhs edərkən aşağıdakı məqamları xüsusi qeyd etmək lazımdır. Ulu Öndər Bakıya dəvət olunanda Azərbaycan Ordusu da bütün digər strukturlar kimi, ağır böhtan içərisində idi. Orduya səriştəsiz, dövlət tərəfindən təyin edilməmiş şəxslərin rəhbərlik etməsi, orducu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması, faktiki olaraq dövlət və ordunun bir-birindən ayrı düşməsi və ordunun ayrı-ayrı qruplaşmaların maraqlarını ifadə edən siyasi işlərə cəlb edilməsi bu böhranı şərtləndirən əsas amillər idi. Ulu Öndər ordunun ümumi döyüş qabiliyyətinin ayrı-ayrılıqda götürülmüş hər bir əsgər və zabitin şəxsi keyfiyyətərindən bir başa asılı olduğunu daim vurğulayıb. Öz çıxışlarının birində Ümummilli Lider demişdir: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.”
Azərbaycanda qısa müddət ərzində müasir ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ulu Öndər deyirdi: “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir. Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir.”
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Dahi Lider, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun peşəkarlığı və maddi-texniki təminatının ən yüksək səviyyəyə çatdırılması dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir. Bütün bu görülən əsaslı tədbirlər 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə öz məntiqi nəticəsini göstərdi . 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanının “Dəmir Yumruğu” mənfur düşmənin başını əzərək öz şərəfli missiyasını ləyaqətlə icra etdi. Müqəddəs Vətən torpaqlarımız azad edildi. Rəşadətli Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gəldi və öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti bərqərar etdi.























































