Menu
Xəbər Lenti
ÖMRÜN BARLI ÇAĞLARI
29-11-2022, 14:43

ÖMRÜN BARLI ÇAĞLARI

26 sen 07:15Gündəm / Dünya

“Welt”: “Yaşlı almanların təxminən 18%-i yoxsulluğun astanasındadır”

2018-2021-ci illər arasında 65 yaşdan yuxarı yaşlı almanlar arasında yoxsulluq riski 14,7%-dən 17,4%-ə yüksəlib.
Bu barədə “Die Welt” məlumat yayıb.
“Aparılan təhlillərin nəticələrinə görə, 2018-2021-ci illər ərzində 65 yaşdan yuxarı insanlar arasında yoxsulluq riski 14,7%-dən 17,4%-ə yüksəlib. Beləliklə, Almaniyanın 65 yaşdan yuxarı demək olar ki, hər altıncı sakininin gəliri əhalinin orta gəlirinin 60%-dən azdır”, - deyə nəşr bildirib.
Məlumata görə, qadınlar bir neçə il əvvələ nisbətən yoxsulluq riskinə daha çox məruz qalıblar. Əgər 2018-ci ildə qadınlar arasında bu göstərici 16,4% səviyyəsində idisə, 2021-ci ildə 19,3%-ə yüksəlib. Kişilərdə analoji rəqəm 12,7%-dən 15,1%-dək artıb.
Mənbə: Oxu.Az