Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Prezident İlham Əliyev tacikistanlı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonı Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Təbrik mətnində deyilir:
“Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin müdrik rəhbərliyiniz altında Tacikistanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqın sosial-iqtisadi rifahının yaxşılaşdırılması sahələrində əldə etdiyi uğurları, beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir.
Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixən bir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır. Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin və tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirmişdir.
İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.






















































