Xəbər Lenti
19-10-2025, 09:05
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:23
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: "18 Oktyabr müstəqilliyimizin bərpası günüdür". Müstəqilliyimiz dönməzdir, əbədidir.
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
17-10-2025, 18:30
İş adamı Cəbrayıl Cəbrayılov: “18 oktyabr – müstəqilliyin bərpası günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”
17-10-2025, 18:20
Xeyriyyəçi xanım Zərniyar Kərimova: "18 oktyabr – müstəqilliyin bərpası günüdür. Müstəqilliyimiz dönməzdir, əbədidir
17-10-2025, 18:17
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “18 oktyabr – Müstəqilliyin bərpası günüdür”
Qaz müayinəsi və texniki xidmətlə bağlı reyestr yaradılacaq
Qaz müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydası təsdiqlənəcək.
Bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti dörd ay müddətində “Qaz təchizatı haqqında” qanunda nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək. Nazirlər Kabinetinə bu müddət ərzində qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını və müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını, o cümlədən ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının formasını, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Nazirlər Kabineti beş ay müddətində qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri, qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələbləri, tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılmasını dörd ay müddətində təmin etməlidir və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.