Xəbər Lenti
Dün, 10:03
İlham Əliyevdən TAPŞIRIQ: Azərbaycandan Türkiyəyə ikinci yardım təyyarəsi yola düşəcək - YENİLƏNİB
5-02-2023, 15:19
ŞOK: "Aynurə adlı qadın özünü müxtəlif orqanların əməkdaşı kimi təqdim edərək külli miqdarda dələduzluq edib" - FOTOLAR
5-02-2023, 15:16
"Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO
5-02-2023, 09:34
“Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür” - Baş nazirin müavini
5-02-2023, 09:29
Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMA
5-02-2023, 09:21
Hindistan Rusiyaya görə Qərbin sanksiyalarından yayınmaq üçün valyutalarını “dəyişiblər”
3-02-2023, 12:21
Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər - YENİLƏNİB
3-02-2023, 12:18
Britaniya səfiri: “Azərbaycanla enerji sahəsindəki əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirik”
3-02-2023, 11:41
Prezident: “Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək”
3-02-2023, 11:37
“Müəyyən kimyəvi reaksiyalardan başı çıxan iranlı burada narkotik hazırlayır” - Həkimdən XƏBƏRDARLIQ
3-02-2023, 11:07
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinə yeni səlahiyyət verildi - SƏRƏNCAM
3-02-2023, 11:06
Deputat: “Azərbaycan regionun bütün istiqamətlərdə təhlükəsizliyinin formalaşmasına xüsusi önəm verən ölkədir”
20 yan 17:02Gündəm
DAŞKƏSƏNDƏ 20 YANVAR – ÜMUMXALQ HÜZN GÜNÜ MÜNASİBƏTİLƏ ŞƏHİDLƏR XİYABANINDA ÜMUMRAYON ANIM MƏRASİMİ KEÇİRİLİB

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub, 20 Yanvar faciəsi qurbanları və bütün şəhidlərimiz anılıb, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə qəmli musiqi sədaları altında tər qərənfillər düzülüb.
RİH-nin başçısı Əhəd Abıyev vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzidir.
İcra başçısı Əhəd Abıyev anım mərasimində rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini












